25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Məşqçilər Komitəsinin üzvləri Gəncədə

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə gələrək, “Kəpəz” PFK İB-in rəsmiləri ilə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, qurumun sədri Vaqif Sadıqovun başçılıq etdiyi nümayəndə heyətində Ağasəlim Mircavadov və Şakir Qəribov ilə yanaşı, assosasiyanın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da yer alıb. Gəncə klubundan isə görüşdə Müşahidə Şurasının üzvləri Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov, icraçı direktor Mehman Allahverdiyev və komandanın baş məşqçisi Şahin Diniyev iştirak edib.

Qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, “Kəpəz”in elitaya çıxmaqla çempionata yenidən rəng qatdığını vurğulayıblar. Məşqçilər Komitəsinin üzvlərinə Gəncənin futbolla nəfəs aldığı, komandaya azarkeş marağının böyük olduğu bildirilib. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər Gəncə futbolu və “Kəpəz” ilə bağlı müəyyən məsələlər ətrafında müzakirələr aparıblar.

Qonaqlar həmçinin, Gəncədə yerli futbol infrastrukturu ilə tanış olub, Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində “Kəpəz” - “Sumqayıt” oyununu izləyiblər.

Gəncə səfəri ilə bağlı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov kapazpfc.az saytına fikirlərini bölüşüb: “Bütün ilklərə imza atan Gəncə futbolu olub. Bu gün komandaya azarkeş dəstəyi böyükdür. Biz hamımız arzulayırıq ki, “Kəpəz” çempionata rəng qatdığı kimi Avropada da sözünü deməyi bacaran komanda kimi çıxış etsin. Klub rəhbərliyi ilə səmərəli görüş keçirdik, problemlərlə tanış olduq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30