14 Dekabr 2018, Cümə
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Ölkə futbolu

Roman Qriqorçuk: “Futbolçularıma dedim ki, başınızı dik tutun”

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” - “Xəzər Lənkəran” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis bunları deyib:

“İstənilən nəticə ilə bitən oyundan sonra olduğu kimi bu dəfə də futbolçularımın əlini sıxdım. Onlar öz işlərini görüb, çalışqanlıq nümayiş etdirdilər. Təəssüf ki, qol vurmağımız alınmadı. Nəticədə 2 xal itirdik. Buna görə heç kimə iradımı bildirmirəm. Futbolçularıma da dedim ki, başınızı dik tutun. Bu matç həmin oyunlardan biri idi ki, qalib gəlməmək olmazdı. İndi bu uğursuzluğu yaşayıb, yolumuza davam etməliyik. Rəqib komanda çox çalışdı. Buna baxmayaraq, bizim qol imkanlarımız oldu. Lakin imkanlardan istifadə edə bilmədik. Qarşılaşmanın gedişində oyunun axarını dəyişmək üçün mümkün olan hər addımı atdıq. Asif Məmmədovu da, Rikardinyonu da meydana buraxdıq. Matç sona yaxınlaşdıqca təzyiqi artırırdıq və bu üzdən yorğunluqdan danışmazdım. Demək olar ki, əlimizdə olan 3 xalı qazana bilmədiyimizə məyusam. Hər oyunda qalib gəlib, xal hesabımızı artırmalıyıq. “Xəzər Lənkəran”la oyunda bunu bacarmadıq. Hərçənd qələbəyə çox yaxın idik” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit