20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Şahin Diniyev: “Sadəcə, qol çatmadı”

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Kəpəz” - “Sumqayıt” oyunundan (0:0) sonra hər iki komandanın baş məşqçisi jurnalistlərin önünə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev matçla bağlı bunları deyib: “Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar. Uşaqların göstərdiyi futboldan tam razıyam. Sadəcə, qol çatmadı. Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu elədi. Rəqibi də oyuna görə təbrik edirəm. “Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abasovun işi görünür” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30