25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Hafiz Məmmədov deyib ki, gəlsin "Bakı"ya, klubun bazasını ayağa qaldırsın”

Tofiq Bəhramov adına Respublika stadionunun bu gün dünyasını dəyişmiş direktoru Akif İsmayılov ömrünün son günlərinədək "Bakı" klubunda çalışıb. Futbolxeber.az-ın məlumatına görə, heç kimə məlum olmayan bu sirri sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov açıqlayıb.

Onun sözlərinə görə, A.İsmayılov stadiondan ayrıldığı andan klub prezidenti Hafiz Məmmədovun da istəyilə "Bakı"da işə başlayıb: "Akif müəllim Respublika stadionunun direktoru vəzifəsindən istefa verdiyi vaxt yanına getmişdim. Gördüm ki, iş otağını yığışdırır. Otaqdakı suvenirlərindən bir neçəsini mənə bağışlamaq istədi. Mən isə ona "Sənin otağın hazırdır. Hafiz müəllim deyib ki, gəlsin "Bakı"ya, klubun bazasını ayağa qaldırsın, meydanlarının ot örtüyünü ideal vəziyyətə çatdırsın" dedim. Beləliklə, onu bazamıza gətirdim və ən üst qatda - 3-cü mərtəbədə otaq verdim. Lakin Akif müəllim mənim oturduğum ikinci mərtəbənin daha qaynar - gediş-gəlişli olduğunu söylədi və elə mənim otağımda oturmaq istədiyini bildirdi. Beləliklə, biz hər gün bir yerdə çalışdıq".

Y.Seyidov bildirib ki, məhz sabiq direktorun gəlişindən sonra "Bakı"nın əsas meydanının ot örtüyü ideal formaya çatdırılıb. A.İsmayılov texnika sarıdan köməklik göstərib. Lakin o, "Bakı"da işlədiyini heç kimin bilməməsini xahiş edib: "Özü deyirdi ki, qoy o biri meydanlardakı işləri də başa çatdıraq, sonra yeni vəzifəmi elan edərsiniz".

"Bakı" rəsmisi sabiq direktorun vəziyyətinin fevralın əvvəllərində yaxından iştirak etdiyi bir yas mərasimində soyuqdəymə nəticəsində ağırlaşdığını da söyləyib. Onun sözlərinə görə, böyrəklərindən və şəkərdən əziyyət çəkən A.İsmayılovun xəstəliyinin üzərinə sətəlcəm də gəlib. Xəstəxanadan ona qalaraq, müalicə alması məsləhət görülüb. Lakin sabiq direktor ev şəraitində dərmanların köməyilə sağalacağını bildirərək, razılaşmayıb. Bir neçə gün sonra özünü çox pis hiss edən A.İsmayılov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. On günədək davam etmiş müalicələr nəticə verməyib və A.İsmayılov bu gün elə oradaca vəfat edib.

Onun yas mərasimlərinin təşkili ilə bağlı bütün məsələlərin həllini hazırda mədəniyyət və turizm naziri vəzifəsində çalışan Əbülfəs Qarayev öz üzərinə götürüb. Ə.Qarayev hələ gənclər və idman naziri vəzifəsində çalışdığı vaxt A.İsmayılovla yaxın münasibətdə olub və 1999-cu ildə Respublika stadionunun direktoru vəzifəsinə təyin edib.

Klub rəsmisinin sözlərinə görə, "Bakı" hələ "Dinamo" adlandırıldığı vaxt A.İsmayılov komandanın Respublika stadionunda təmənnasız məşq və oyunlar keçirməsinə şərait yaradıb. Klub bir çox uğurlarına məhz mərkəzi arenada oynadığı vaxt imza atıb: "Uzun müddət çalışdığı işindən ayrılması ona pis təsir etmişdi. Bu baxımdan, "Bakı"dakı işinin ona ən azı mənəvi-psixoloji cəhətdən müsbət təsir göstərdiyini bildirirdi. Daxilən rahatam ki, bir dəyərli dostum kimi sonadək onun yanında oldum". 

Qeyd edək ki, Akif İsmayılov 2015-ci ilin sentyabrınadək mərkəzi arenaya rəhbərlik edib.

Y.Seyidov A.İsmayılovun son fotolarını da təqdim edib. 

Akif İsmayılovun gizlətdiyi böyük sirr - FOTOLAR

Akif İsmayılovun gizlətdiyi böyük sirr - FOTOLAR

Akif İsmayılovun gizlətdiyi böyük sirr - FOTOLAR

Akif İsmayılovun gizlətdiyi böyük sirr - FOTOLAR

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30