17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ” Xocalı faciəsini yad etdi

“Qarabağ” klubu daim milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşıb. Futbolxeber.az-ın məlumatına görə, ölkə və dünyada baş verən olaylara biganə qalmayan klub bu dəfə də ənənəsinə sadiq qalıb. Bütün məqamlarda komandanın yanında olan vitse-prezident Tahir Gözəl bu dəfə də xüsusi diqqəti ilə yadda qalıb. Məlumdur ki, 1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan, eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşüb. İllər keçsə də, xalqımız bu faciəni unutmur.

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi bu il də analoji hadisənin qurbanlarını yad etmək üçün klub bazasını ziyarət edib. Qətliam qurbanlarının xatirəsinin yad olunmasını özünə mənəvi borc bilən T. Gözəl bu dəfə də dəyərlərimizə sadiq olduğunu nümayiş etdirib. Baş tutan görüşdə ilk olaraq faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir Gözəl 1992-ci ildə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan klub rəsmisi baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd edib. O, 600-dən çox günahsız insanın qətl edilməsinə heç bir insani don geyindirməyin mümkün olmadığını bildirib. 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edib. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirib. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün xalqların övladları olduğunu bildirib. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb. Suriya və dünyanın başqa yerlərində tökülən insan qanlarının çox ağır olduğunu bildirib (klub saytı)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30