19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Hollandiya çempionu "Qəbələ"də

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunu sıralarına qatıb. Futbolxeber.az-ın məlumatına görə, “Ayaks”ın heyətində iki dəfə Hollandiya çempionu tituluna yiyələnmiş gənc yarımmüdafiəçi Lorenzo Ebesilyo növbəti mövsüm “Qəbələ”nin şərəfini qoruyacaq. Futbolçu ilə birillik müqavilə imzalanıb.

24 sentyabr 1991-ci ildə dünyaya gələn Lorenzo Ebesilyo peşəkar futbolçu karyerasına Hollandiya “Ayaks”ında başlayıb. Gənc olmasına baxmayaraq, baxımlı oyunu ilə diqqət çəkən Lorenzo “Ayaks”ın heyətində 52 oyunda meydançaya çıxıb, 11 dəfə fərqlənib. Ebesilyo “Ayaks”da keçirdiyi iki mövsümdə - 2010-2011 və 2011-2012 mövsümlərində Hollandiya çempionluğuna yiyələnib. Futbolçu komandasının Avroliqa və Çempionlar Liqası oyunlarında da forma geyinib. Lorenzo son mövsümdə Donetsk "Metallurq"unda top qovub.

Ebesilyo 2007-ci ildən - 16 yaşından Hollandiyanın aşağı yaş qrupları üzrə milli komandalarına dəvət  alıb. O “zanbaqlar ölkəsi”nin U-16, U-17, U-18, U-19 və U-21 komandalarının şərəfini qoruyub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30