25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Azərbaycan qələbəyə daha yaxın idi”

“MƏŞQÇİ İŞİNİ QEYD ETMƏLİYƏM. ÇÜNKİ 1:5-LİK MƏĞLUBİYYƏTDƏN SONRA KOMANDANI OYUNA KÖKLƏMƏK ASAN DEYİLDİ”

Rusiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Sergey Matveyev Futbolxeber.az saytına müsahibə verib.

- Bu dəfə Azərbaycan millisinə qarşı keçirdiyiniz yoxlama oyununda 0:1 hesabı ilə uduzdunuz. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Oyun çətin keçdi. 2 gündən bir oynamaq asan deyildi. Budəfəki qarşılaşma istədiyimiz kimi alınmadı. Fasilədən sonra etdiyimiz əvəzetmələr də çıxışımıza təsir göstərdi. Birinci hissədə yaxaladığımız qol şanslarını dəyərləndirə bilmədik. Eləcə də standart vəziyyətlər zamanı ilk görüşdəki kimi təhlükəli epizodlar yaratmadıq. Azərbaycan yığması ərazi üstünlüyünə yiyələndi. Topa daha çox sahib idilər. Bunun da sayəsində qələbə qazandılar.

- Bəlkə ilk oyundakı qələbədən sonra futbolçularınızda arxayınçılıq yaranmışdı?

- Xeyr. Sadəcə iki gündən bir oynamaq çətin alındı. Bu gün ötən oyundakı kimi inamlı təsir bağışlamadıq.

- Demək olar ki, Rusiya millisinin hücum xəttində bu gün aqressivlik çatışmadı?

- Bəli, demək olar. Birinci hissədə şanslarımız olsa da, yararlana bilmədik. Rəqib qapısı qarşısında ciddi heç nə yaratmadıq. Azərbaycan isə topa daha yiyələnirdi.

- Birinci oyunla müqayisədə bu dəfə Azərbaycan millisinin hansı cəhəti daha çox xoşunuza gəldi?

- Xatırlayırsınızsa, ilk oyundan sonra da demişdim ki, rəqibimiz güclü komandadı. Bir daha xatırladım ki, ötən il Portuqaliyada Azərbaycan üzərində çətin qələbə qazanmışdıq. Ona görə də xahiş etmişdim ki, yoxlama oyunlarında qüvvəmizi sınayaq. Ötən oyunda qeydə alınan 5:1 hesabı komandaların real güclərini əks etdirmirdi. Elə ilk görüş də gərgin alınmışdı. Məsələ ondadır ki, biz üçüncü qolu rəqibin kobud səhvindən sonra vurmuşduq. 4 və 5-ci qollar isə matçın sonunda vurulmuşdu. Həmin matçın nəticəsi oyuna görə deyildi

- Azərbaycan millisinin qol vurduğu epizodda narazılıq etdiniz. Belə düşünürdüz ki, top qapı xəttini keçməmişdi?

- Mən oturduğum yerdən elə görünüdü. Ona görə də elə reaksiya verdim. Dəqiq fikir yürütmək üçün epizodun təkrarına baxmaq lazımdı.

- Deməli, düşünürsüz ki, bugünkü oyunun ədalətli nəticəsi heç-heçə idi?

- Bu gün Azərbaycan millisi qələbəyə daha yaxın idi.

- Ötən oyunda komandamızın heyətində 7 nömrəli (Fərid Nəbiyev - red.) futbolçunun çıxışını fərqləndirmişdiz. Bu gün hansı futbolçunun oyununu bəyəndiz?

- O, ötən oyunla müqayisədə bu gün zəif idi. Elə də parlaq çıxış etmədi. Bəlkə də gücü çatmadı.

- Komandanızın heyətində Maqomed Süleymanov yaxşı təsir bağışlasa da, onu əvəzlədiz. Bunun səbəbi nə idi?

- Bakıya 20 futbolçuyla gəlmişik. Ona görə də digər oyunçulara da baxmaq istəyirdik. Çalışırdım ki, mümkün qədər daha çox futbolçuya şans verim.

- Azərbaycan millisi Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yığmamızın şanslarını necə dəyərləndirirsiz?

- Maraqlı olacaq. Təbii ki, komandamızın şansı var. Qrupdan çıxmaq püşkdən aslıdı. Almaniya, Fransa, İspaniya, İtaliya kimi rəqiblərlə qrup mərhələsində qarşılaşmamaq yaxşı olardı. Həmin kollektivlər favoritlərdi. Lakin digər komandalara qarşı oynamaq çətin olmaz. Yaxşı komandanız var. Bilirəm ki, bir neçə oyunçu hazırda yığmanın düşərgəsində deyil. Məşqçi işini də qeyd etməliyəm. Çünki 1:5-lik məğlubiyyətdən sonra komandanı oyuna kökləmək asan deyildi. Lakin Azərbaycan yığması bu gün özündə güc tapdı. Demək ki, yaxşı komandaya qarşı mübarizə aparmışıq.

- Avropa çempionatının final mərhələsində Azərbaycanla bir qrupda yer almaq istərdiniz?

- Prinsipcə, Azərbaycanla yenidən qarşılaşmaq maraqlı olardı.

- Hər halda, artıq komandamızı yaxşı tanıyırsız...

- Azərbaycan millisi də bizi yaxşı tanıyır (gülür). Əvvəlcə qitə birinciliyinə vəsiqə qazanmalıyıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30