25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Heç bir rəqibdən qorxmuruq”

“Ötən turun oyunundan sonra istirahət edib qarşıdakı görüşə hazırlaşmışıq. Bu gün sonuncu məşqimiz oldu. Yüngül formada 40 dəqiqə məşq etdik. Uşaqları həvəsləndirmək üçün bir qədər də topla əyləncəli hazırlıq keçdik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri kapazpfc.az saytına “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədov söyləyib.

Gənc çalışdırıcı əvəzedici heyətlərin ölkə birinciliyində XXIII turda qarşılaşacaqları “Sumqayıt” ilə oyun haqda danışıb: “Rəqib turnir cədvəlində ikinci yerdədir və yaxşı komandadır. Əsas heyətdən əvəzedicilərə futbolçular cəlb olunur. Düşünürəm ki, bizimlə oyunda da belə olacaq. Bizi çətin oyun gözləyir. Buna baxmayaraq heç bir rəqibdən qorxmuruq. Hər bir komandaya gücümüzü göstərməyə qadirik”.

Çempionatın qış fasiləsindən sonrakı hissəsində ilk üç turda “Kəpəz”in əvəzedici komandası heç-heçə edərək yalnız dördüncü oyunda qələbə qazandı. Azər Məmmədovun yetirmələri Bakı səfərində “İnter”ə 3:2 hesabı ilə qalib gəldilər: “Paytaxtdakı qələbə komandada ruh yüksəkliyi yaradıb. Çünki əvvəlki üç oyunda ard-arda heç-heçələr etdik. Özü də hesabda öndə ola-ola oyunun son anlarında qol buraxıb qələbəni əldən vermişdik. Bu amil futbolçuların psixoloji durumuna təsir etmişdi. “İnter” üzərindəki qələbə bu mənada tam yerinə düşdü. Uşaqlarda özünəinam artdı. “Sumqayıt” ilə oyun öncəsi bu qələbə vacib idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30