20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Cavid Hüseynov: "Ekstrasens deyiləm ki, bunu öncədən bilim"

Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb. Futbolxeber.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, məlum olub ki, işdə dövlət ittihamçısı dəyişdirilib. Bundan sonra məhkəmədə ittiham tərəfini Eldar Balayev təmsil edəcək.

Daha sonra futbolçu Cavid Hüseynov hakim və prokurorun suallarını cavablandırıb. Futbolçu bildirib ki, hər kəs onun günahsız olduğunu bilir: “Rasimlə bağlı heç bir problemim olmayıb. Elşənə də demişəm ki, heç nə eləmə. Mən ekstrasens deyiləm ki, Elşənin gedib belə bir şey edəcəyini bilim”.

C.Hüseynovdan sonra Rasim Əliyevi döyməkdə təqsirləndirilən Elşən İsmayılov ifadə verib. Onun sözlərinə görə, mərhum jurnalist Rasim Əliyev onu söyüb: “Mənə ana söyüşü söymüşdü. Cavidə dedim, məsələ artıq sənin deyil, mənimdi. Cavid dedi, Rasim zəng edib bizdən üzr istəyib. Gözlədim, mənə də zəng eləyib, üzr istəyəcək. Eləmədi. Özüm zəng elədim, dedim, niyə üzr istəmirsən? Məni israrla Bayıla çay içməyə çağırdı. Çatan kimi soruşdum ki, məni niyə söymüsən? Dedi, yaxşı eləmişəm. Mən də vurdum”.

C.Hüseynovun vəkili Adəm Məmmədov işdə adıçəkilən şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi barədə vəsatət verib, lakin vəsatət təmin olunmayıb. Bununla belə, hakim bildirib ki, şahidlərə müvafiq qaydada məhkəməyə dəvət ediləcək.

Proses martın 11-də davam etdiriləcək.




Ad: xuraman ibrahimova;   E-mail: [email protected]

24.02.2016 20:53

UTANMADAN OLDURUB HƏYATİNA SON QOYDUQLARİNA BOHTAN ATACAQ DƏRƏCƏDƏ ALCAQLAR.yAXSİ Kİ CAVİD DUNYA SOHRƏTLİ FUTBOLCU DEYİLMİS. bİR TOP VURMUSDU QƏTL SİFARİSCİSİ OLDU.aLLAH DƏVƏYƏ QANAD VERMƏSİN.uTANMAZ QATİLLƏR rASİMİ DOYDUYUNUZ SƏHNƏNİN VİDİOSUNA HAMİ BAXİB.oNU SİZ DOYUB NAHAQDAN OLDURDUNUZ.o SİZƏ HEC BİR SOYUS SOYMƏYİB.aLCAQLAR BARİ OLUSUNƏ BOHTAN ATMAYİN.bASDA CAVİD OLMAQLA HAMİNİZİ KAS Kİ GULLƏLƏYƏLƏR.sİZİ MUDAFİƏ EDƏNLƏRƏ DƏ aLLAH EYNİ BELƏ BİR FACİƏ YASATSİN. aMİN.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30