20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”nin U-11 komandası “Mets”ə qalib gəldi

“Qəbələ” Futbol Akademiyasının komandaları Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirdə mübarizəyə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, 3 klubun üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın ilk turunda istirahət edən “qırmızı-qaralar” bu gün Fransa “Mets”i ilə üz-üzə gəlib. U-10 komandalarının oyununda Fransa təmsilçisi qalib gəlib - 3:1. “Qəbələ”nin yeganə qoluna İlkin Muradov imza atıb.

U-11-lərin qarşılaşması isə “qırmızı-qaralar”ın qələbəsi ilə nəticələnib - 5:4. Okan Təhməzlinin pokerə imza atdığı oyunda digər qolumuzun müəllifi Elvin Qarayev olub.

U-12-lərin mübarizəsində isə “Mets” üstün olub - 7:1. Fransalıların qapısından qolu Emil Süleymanov keçirib. Təmsilçilərimiz sabah yarışın təşkilatçısı olan “Aspire” akademiyasından olan həmyaşıdları ilə görüşəcək. Oyunların hər üçü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq.

Qeyd edək ki, ilk turda “Aspire” ilə “Mets” qarşılaşıb. Meydan sahibləri U-10-ların oyununda 4:1, U-11-lərin mübarizəsində 2:1 hesabı ilə qalib gəlib, U-12-lərin görüşündə heç-heçə qeydə alınıb - 1:1.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30