16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Rusların baş məşqçisi: “Azərbaycan millisi pis oynamadı”

Rusiyanın U-17 milli komandasının baş məşqçisi Sergey Matveyev Futbolxeber.az saytına müsahibə verib.

- Yoxlama oyununda Azərbaycan millisi üzərində 5:1 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Azərbaycanla daha əvvəl də qarşılaşmışdıq. Ötən il Portuqaliyada üz-üzə gəlmişdik və həmin oyunda 1:0 hesablı qələbə qazanmışdıq. Lakin həmin qələbə bizə çox çətinliklə başa gəlmişdi. Bugünkü oyuna gəldikdə, Azərbaycan yığması matça yaxşı başladı. Bununla belə, hesabı biz açdıq və çox keçmədən ikinci qolu rəqib qapısından keçirdik. Bu da oyunun taleyini həll etdi. Azərbaycan millisi heç də pis oynamadı.

- Azərbaycan millisinidə uğur qazanmaq üçün nə çatışmadı?

- Komandanızın istəyi, ustalıq saəviyyəsi qaydasındadı. Azərbaycan yığması yaxşı komandadı. Sadəcə, bu gün kifayət qədər qol epizodu yarada bilmədilər. Ötən il qarşılaşmada Azərbaycan millisini çox bəyənmişdim. Buna görə xahiş etmişdik ki, yoxlama oyununda qarşılaşaq.

- Rusiya millisi hansı cəhətinə görə Azərbaycanı üstələdi?

- Biz topla daha cəld oynayırdıq. Əks hücumlara sürətlə çıxırdıq.

- Azərbaycan yığmasının heyətində kimi fərqləndirərdiz?

- 7 nömrəni (Fərid Nəbiyevi nəzərdə tutur-red.). Onun oyununu çox bəyəndim.

- Fevralın 25-də yenidən Azərbaycan millisi ilə üz-üzə gələcəksiz. Həmin oyunda heyətdə eksperiment aparacaqsız?

- Bu gün əsas heyətlə oynayırdıq. Qarşıdakı oyun da bizim üçün vacibdi. Bu, Elit raund öncəsi son sınağımızdır. Orada da iki gündən bir meydana çıxacağıq. Ona görə də bu tempə öyrəşməliyik.

- Azərbaycan millisindən gələcəkdə nə gözləmək olar?

- Bilirəm ki, hazırda komandanın bir neçə əsas heyət üzvü heyətdə yer almayıb. Təbii ki, onlar komandada olsalar, yığmanız daha yaxşı təsir bağışlayacaq. Bilirsiz, gənclər futbolunda çox vaxt erkən qollar həlledici olur. Bu gün elə alındı ki, həmin qolları da biz vurduq. Bundan sonra Azərbaycan yığması özünə gələ, rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədi. Ümumi götürdükdə, oyundan da, rəqibdən də, bizə yaradılan şəraitdən də razıyam.

- Səsiniz niyə batıb? Oyunda çıx qışqırmısız?

- Yox, bəlkə soyuq nəsə içmişəm (gülür).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30