29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: "Klub rəhbərliyi Syominə öz şərtlərini diqtə etməyəcək"

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Rusiyanın İTAR-TASS agentliyinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
 
- Niyə məhz Syomini seçdiniz?
 
- İndiyədək bizim komandanı əsasən təcrübəsiz məşqçilər çalışdırıb. Ona görə də yaranmış bu durumu dəyişmək qərarına gəldik. Əlbəttə, Syomin yeganə namizəd deyildi. Biz avropalı məşqçilərlə də danışıqlar aparırdıq. Amma yekunda onun üzərində dayandıq. Onun böyük təcrübəyə malik olması məlumdur. Bundan başqa, Syomin bizim regiona da yaxşı bələddir. Hesab edirəm ki, bizi birləşdirən  ümumi çox şey vardı.
 
- Avropalı mütəxəssislər kimlər idi?
 
- Onlar adlarının açıqlanmamasını xahiş ediblər.
 
- Heç olmasa, məşhur məşqçililər idi?
 
- Əlbəttə.
 
- Bəzi mütəxəssislərin fikrincə, Syominin məşqçilik potensialı tükənib.
 
- Bununla qətiyyən razi deyiləm. İlk görüşdəcə başa düşdüm ki, o işləmək və “döyüş”ə atılmaq istəyir. “Qəbələ” onunla çox uğura nail ola bilər.
 
- Syomin istədiyi bütün transferləri həyata keçirə biləcək?
 
- Təbii ki, biz bununla bağlı əvvəl məsləhətləşəcəyik. Amma onu deyə bilərəm ki, “Qəbələ” Syominə istədiyi kollektivi formalaşdırmaq imkanı yaradıb. Klub rəhbərliyi Syominə öz şərtlərini diqtə etməyəcək. Bu, yüz faizdir.
 
- Məlumat yayılıb ki, “Qəbələ” “Lokomotiv”dən Dmitri Loskovu icarəyə götürmək istəyir.
 
- Bu haqda xəbərləri Rusiya mətbuatında oxumuşam. Amma bununla bağlı heç bir danışıq aparmamışıq.
 
- Bəs, “Qəbələ”də “Lokomotiv”də oynayan və oynamış futbolçuları görə biləcəyik?
 
- Niyə də yox?! Amma hələ ki, Syomin bununla bağlı bizə təklif verməyib.
 
- “Qəbələ”nin heyəti çox dəyişəcək?
 
- Biz iki azərbaycanlı futbolçu almışıq. Bundan başqa, son mövsümü Bakı “İnter”ində oynayan seneqallı İbrahima Nyasseni transfer etmişik. Hazırda bir legionerlə də danışıqlar gedir. İstədiyimiz heyəti qurmaq üçün bizə hələ üç-dörd futbolçu da lazımdır.
 
- “Qəbələ”nin növbəti mövsüm üçün məqsədi nədir?
 
- Minimum vəzifə avrokuboklara düşmək, maksimum hədəfimiz isə Azərbaycan çempionu və kuboku qazanmaqdır.
 
- Əgər “Qəbələ” avrokuboklardan kənarda qalsa, Syomin komandanı tərk edəcək?
 
- Bu haqda son qərarı klubumuzun prezidenti verəcək. Amma mən əminəm ki, Syominin rəhbərliyi altında komandamız qarşısına qoyulan məqsədə nail olacaq.
 
- Syomin məşqlərə nə vaxt başlayacaq?
 
- İyunun 20-də o, Azərbaycana qayıdacaq. İlk hazırlıq prosesi iyunun 25-də Qəbələdə başlayacaq. Sonra biz Türkiyəyə gedəcəyik. Bundan başqa, Avstriya və ya Almaniyada da təlim-məşq toplanışımız nəzərdə tutulub.
 
- Syomin “Qəbələ”də yaşayacaq?
 
- Əlbəttə. Axı, o, baş məşqçi kimi daim komandasının yanında olmalıdır.
 
- Şəhər onun xoşuna gəlib?
 
- Çox. Çünki Qəbələ kurort şəhəridir. Bazamızı da bəyəndi. Ən çox isə meydançanın keyfiyyətindən razı qaldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31