Ölkə futbolu
Ramin Musayev: "Məndən olsa, 20 klubun çempionatda mübarizə aparmasını istərdim"
Pəşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
- Ramin müəllim, arxada qoyduğumuz 2012-2013 mövsümünü PFL-in işi və qarşısına qoyduğu məqsədlər baxımından necə xarakterizə edərdiniz?
- Mövsüm olduqca maraqlı keçdi. Keçən illə müqayisədə bu dəfə ilk altılıqda başqa komandalara mübarizə apardılar. Çempion son turlarda müəyyən oldu. Halbuki çempionat qızıl oyuna da gedib çıxa bilərdi. Ümumilikdə götürsək, çempionat gərgin və maraqlı keçdi. Gərgin keçən çempionatın nəticəsidir ki, Con Toşak,Yuri Syomin kimi məşhur məşqçilər Azərbaycanda işlməyə razılıq verdilər. Bu məşqçilər heç də gənc və təcrübəsiz deyillər ki, özlərini gəlib Azərbaycanda sınasınlar. Yetərincə təcrübəyə, şöhrətə sahib olan bu insanlar yəqin ki, heç vaxt səviyyəsiz bir çempionatda çalışmaq istəməzlər. Bu baxımdan deyə bilərəm ki, onları Azərbaycan Premyer Liqasına gətirən səbəblərdən biri də PFL-in bu mövsüm qarşısına qoyduğu məqsədlərinə çatmasıdır.
- Bəs, PFL növbəti mövsüm milli çempionatımızı daha maraqlı, daha da səviyyəli etmək üçün hansı planları gerçəkləşdirməyə çalışacaq?
- Açığı, gələn mövsüm haqqında indidən danışmaq istəmirəm. Çünki vaxta hələ var. Son mövsümü yenicə bitirmişik. Ona görə növbəti mövsüm və ya planlar barədə indidən danışmaq maraqsız olardı. İnşallah, yeni mövsümün başlamasına 1 həftə qalmış, sizə yeniliklər haqqında ətraflı məıumat verərəm.
- Bildiyimiz kimi, artıq gələn mövsümdən etibarən Topaz Premyer Liqasında 10 klub, 4 dövrəli sistemlə mübarizə aparacaq. Necə fikirləşirsiz, bu klubların sayını azaltmaqdansa, artırmaq, çempionatımızı daha da maraqlı, gərgin olmasına şərait yaratmazdımı? Ən azından 16 klub olsaydı?
- Əlbəttə, klubların sayı çox olsaydı, çempionat daha maraqlı olardı. Məndən olsa, 20 klubun çempionatda mübarizə aparmasını istərdim. Ancaq kimlə, hansı komanda ilə? Premyer Liqaya gəlmək istəyən yoxdu. Elə mətbuata deyirlər ki, gəlirik, amma ortada bir şey yoxdur. Qapımız açıqdır, kim istəyir buyursun, gəlsin. 4 komanda tapın sistemi dəyişim, gələn mövsümdən etibarən 10 yox, 14 komanda mübarizə aparsın. Şərtlərimiz də demək olar ki, yox dərəcəsindədir ki, Premyer Liqaya gəlmək istəyən klub bundan narazılıq etsin. Rövnəq Abdullayev AFFA-nın prezidenti olandan bəri artıq klublardan üzvlük haqqı almaq məsələsi ortadan qaldırılıb. Öz dövlətinin milli komandasında oynayan futbolçuya görə legioner haqqı ödənilmır. Bunlar hamısı bir növ klublara dəstəkdir. Elə komanda var ki, 1 ildə heç 20 -30 min pul ödəmir. Legioneri yoxdur, pul ödəmir və ya legionerlərinin hamısı öz milli komandalarında oynadıqları üçün klub pul ödəmir.
- Məlum olduğu kimi, iyun ayının 3-də AFFA Türkiyə Futbol Federasiyasının Türkiyə Super kubok oyununu Bakıda keçirilməsi təklifinə rədd cavabı verdi və bunu da sırf olaraq, vaxt azlığı ilə izah etdi. Siz necə düşünürsüz, AFFA-ya mane olan sırf vaxt azlığı oldu, ya başqa problemlər var idi?
- Yox, başqa problemlər yoxdur. Bildiyiniz kimi 10 komanda, 4 dövrə artıq 36 oyun deməkdir. Bundan başqa, biz keçən ilin çempionat proqramını tutanda açığı inanmırdıq ki, “Neftçi” Avroliqanın qrup mərhələsində iştirak etsin. Ancaq bu bizim səhvimiz oldu və çempionatın gedişində də bununla əlaqədar olaraq bir sıra təqvim dəyişikliyi oldu. Bu il bizi bütün bu məsələləri nəzərə almalıyıq, onsuz da çempionatımızda oyunların sayı artdı. Bütün bunları nəzərə alanda doğrudan da vaxtımızın çox az olduğunu görürük. TFF-nin təklifinə müsbət cavabın verilməməsinin ən əsas faktor ondan ibarətdir ki, avqust ayının 11-də Topaz Premyer Liqasının 2013-2014 mövsümünə start veriləcək və həmin gün çempionatımızda ilk oyunlar keçiriləcək. Doğrudur, hələ ki, püşkatama olmayıb, ancaq avqustun 11-də artıq ilk oyun keçiriləcək.
- Qalmaqallı keçən Azərbaycan kubok finalında siz ətrafınızda bir neçə mühafizəçi ilə meydana daxil olub yaranan problemi həll etməyə çalışdınız. Ümumiyyətlə, PFL-in və ələlxüsus da onun prezidentinin bu cür məsələlərə birabaşa müdaxilə etməsi nə dərəcədə düzgündür? Bu təhlükəzsiliyi həmin matçın nominal ev sahibi olan klub “Neftçi” özü etməli deyildimi?
- Əvvəla onu deyim ki, çempionatı və kubokun finalını biz keçiririk. Ev sahibi deyəndə isə “Neftçi” orada nominal olaraq bu vəzifəni yerinə yetirir. Ancaq bütün təşkilatçılıq məsələlərinə cavabdeh olan tərəf biz idik. Ümumilikdə götürsək, nəinki Azərbaycan kubokunun final oyunu, bütün çempionat boyu biz Daxili İşlər Nazirliyinə, hansı rayonda, bölgədə oyun keçiriləcəksə, həmin ərazinin polis rəislərinə təhlükəsizliyin təmin olunmasına dair məktub göndərilir. Onlar da bu vaxta qədər tam şəkildə bu işin öhdəsində gəliblər. Gəlin,Türkiyə çempionatına nəzər salaq. Orada hansı hadisələr yaşanır, ancaq bizim hüquq-muhafizə orqanı nümayəndələrimiz belə hadisələrin baş verməsinə qəti imkan vermirlər. Final oyununda da 120 dəqiqə ərzində, sonda yaranan dava dalaşı çıxsaq, heç bir neqativ hal olmadı. Heç bir azarkeş biri-birini döymədi. Yalnız həmin o 10-12 saniyəlik dava-dalaş bütün bu təşkilatçılıq məsələlərinin üstündən xətt çəkdi. Əgər həmin davadan sonra fikir verdinizsə, bir-birini döyən həmin insanlar barışdılar. Ancaq insanlar bu 10 saniyəlik bir gərginliyi 10 saat etmək istəyirlər və bu məsələni unutmaq, sakitləşdirmək əvəzinə günlərdir, daha da qıcıqlandırırlar. O ki qaldı mənim meydana düşməyim və olanlara müdaxilə etməyimə, bu, mənim birinci olaraq insanlıq borcum idi. Çünki mən baxdım ki, meydanda bir klubun rəhbərliyi var, digərininki yoxdur və dalaşanlar da emosiyalarını cilovlaya bilməyən gənc uşaqlardır. Buna görə də istədim ki, hadisəyə özüm müdaxilə edim.
- “Xəzər” TV-də çıxışınız zamanı bildirdiniz ki, qalmaqal anında “Xəzər Lənkəran” klubunun rəhbərliyi orada olmayıb və bir növ bu insidentin böyüməyinə səbəb bu olub. Bəs, necə düşünürsünüz, bu fikriniz bir PFL prezidenti olaraq bitərəflilik prinsipinin pozulmasına şərait yaratmadı ki?
- Mən “Xəzər Lənkəran” rəhbərliyini ittiham etmirəm. Sadəcə olaraq demişəm ki, rəhbərlikdən heç kim meydanda yox idi və dediyimin üstündə də dururam. Bu gün Ramin Musayevdə günah axtaran şəxs və ya şəxslər həmin gün stadionda olmalı idilər.
- AFFA çempionat boyu və ya kubok oyunlarından sonra bu və ya digər səbəblərə görə klubları cərimələyir və müəyyən məbləğdə pul alır. Bu yığılan pullar konkret olaraq, hansısa məqsədlərdən ötrü xərclənilirmi?
- Bu pullar sırf olaraq PFL-ə gəlir. Biz ictimai birliyik və başqa yerdən maliyyələşmirik. Sırf o pulların müqabilində PFL işçilərinə maaş verilir. Cərimə pullarıdır, legionerlərin üzvlük haqlarıdır - bütün bunlar bizə gəlir və biz bunun sayəsində maliyyələşirik.
- Əgər Türkiyə superkubokunun finalı Bakıda keçirilsəydi, siz adi azarkeş kimi “Qalatasaray”, yoxsa “Fənərbaxça”ya azarkeşlik edəcəkdiniz?
- “Qalatasaray”a! Mən çoxdan “Qalatasaray”ı sevirəm. Bu 1-2 ilin içində yaranan bir şey deyil. Uzun müddətdir ki, mən bu kluba azarkeşlik edirəm. Bundan önəmlisi də odur ki, mən Türkiyə yığmasının azarkeşiyəm. Bir neçə il bundan qabaq da “Qalatasaray”lı futbolçular Türkiyə yığma komandasının əsasını təşkil edirdi. Bu da məni “Qalatasaray”ı sevməyə məcbur edən faktlardan biridir.
qafqazinfo.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda