28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"dan getmək istəyirəm"

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin müsahibəsi

- Qarşıdan “Neftçi” ilə oyun gəlir. Bu qarşılaşmada əsas hədəfiniz nə olacaq?

- Matça tam heyətlə hazırlaşırıq. Bizi qarşıda çətin sınaq gözləyir. Maksimum nəticə qazanmağa çalışacağıq.

- “Neftçi”ni ilk 2 görüşdə məğlub edə bilməmişdiniz. Bu dəfə də qalib gələ bilməsəniz, bunu sizin üçün faciə saymaq olarmı?

- Xeyr, faciə sayılmaz. Hər bir nəticəyə hazır olmaq lazımdı. “Neftçi” zəif komanda deyil. Yaxşı heyətləri var. Onlara qarşı oyunda xal itirsək belə, bunu faciə adlandırmağa ehtiyac görmürəm.

- Maraqlıdı ki, əvvəlki - güclü vaxtında “Neftçi”ni üstələmək sizin üçün elə də çətin deyildi. Amma cari mövsüm “ağ-qaralar” zəif təsir bağışlasa da, onları məğlub edə bilməmisiniz...

- Burada xüsusi bir səbəb axtarmaq istəməzdim. Hər iki matçda qol imkanlarımız çox oldu, lakin istifadə edə bilmədik. Qarşılaşmalar isə bizi qane edəcək şəkildə bitmədi. İnanıram ki, əvvəlki oyunlardakı səhvləri təkrar etməsək, yaxşı nəticə qazana bilərik.

- Ümumiyyətlə, mövsümün əvvəlində düşünürdünmü ki, çempionatın bu yerində turnir cədvəlində əsas rəqibiniz debütant “Zirə” olacaq?

- Sözsüz, “Zirə” surpriz yerdə qərarlaşıb. Nəinki mən, heç kim onlardan belə nəticə gözləmirdi. Amma oyunları ilə də 2-ci yerə layiq futbol sərgiləyirlər. Surpriz adla gəlsələr də, oyunları ilə 2-ci yerdə haqlı şəkildə qərarlaşdığını sübut edirlər.

- “Zirə”nin baş məşqçisi Adil Şükürov hətta son açıqlamasında çempionluğa iddia etdiklərini bildirib...

- Onun bu cür iddialı açıqlamaları komandasına inamdan irəli gəlir. Fikrimcə, hətta 3-cü yerdə belə qərarlaşsalar, “Zirə” üçün ilk ilində böyük uğurdu. Onlara da uğurlar arzu edirəm.

- Son vaxtlar səni start heyətdə az-az görürük. Bunun səbəbi nədi?

- Xüsusi bir səbəbi yoxdu. Sadəcə, baş məşqçinin verdiyi qərardı. Hələ ki, məşqçimizin dediklərini yerinə yetirməyə çalışıram.

- Vəziyyət dəyişməsə, yayda səni başqa klubun heyətində görə bilərikmi?

- Ayrılmaq haqda hələ ki, heç bir fikrim yoxdu. Maya kimi komandadayam. Ola bilər ki, mayda nə isə baş versin. Amma hələ ki, ayrılıb-ayrılmayacağım haqda söhbət belə gedə bilməz. Klub məni istəməyəcəyi təqdirdə ayrılmağım mümkündü. İlyarımlıq müqaviləm var, hələ ki, “Qarabağ”dayam.

- Nə vaxtsa səni başqa bir Azərbaycan klubunun formasında görə bilərikmi?

- Bu haqda danışmaq çox tezdi. Düzü, bu mövzudan danışmaq da istəmirəm. Hazırda bütün fikrim “Qarabağ”dadı.

- Bildiyimizə görə, legioner həyatı yaşamada istəklisən. Yayda xaricdə çıxış etmək üçün cəhd edəcəksənmi?

- Bu təkliflərdən asılıdı. Yaxşı çempionat və prespektivli məkan olsa, düşünüb, qərar vermək olar. Əgər qaneedici şərtlər olsa, mümkündü. Qışda “Mersin İdman Yurdu”ndan təklif alsam da, bəzi şərtləri məni razı salmadığına görə, onlarla razılaşa bilmədim. Amma yayda maraqlı təklif olsa, açığı, getmək istəyirəm. 

Mənbə: futbolinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31