19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Düşünürəm ki, Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olacaq”

AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın XXI turu çərçivəsində keçirilən “Zirə” - “Rəvan” oyununu canlı olaraq stadiondan izlədiniz. Zirəyə səfər etməyinizin xüsusi bir səbəbi var?

- Çoxdandı “Zirə”nin oyununa gəlmirdim. Bu dəfə fürsət düşdü və qarşılaşmaya baxdım. Oyun maraqlı keçdi. Sözün açığı, bunu gözləmirdim. Düşünürdüm ki, qapalı oyun keçəcək. Amma 90 dəqiqə ərzində açıq, gərgin mübarizə getdi. “Zirə” üstün olsa da, sonda az qala xal itirəcəkdi. Bir sözlə, maraqlı qarşılaşma oldu.

- “Zirə”nin avrokuboklarda iştirakı hüquqi cəhətdən sual altındadı. Bu məsələni klub rəhbərliyi ilə müzakirə etdiniz?

- Bununla bağlı danışıqlar aparırıq. Bilirsiniz ki, UEFA-nın qaydalarına görə, avrokuboklarda iştirak etmək üçün klub minimum 3 il aktiv fəaliyyət göstərməlidi. Amma “Zirə”də belə deyil. UEFA ilə bu məsələ ətrafında danışıqlarımız olacaq. Lakin şanslar azdı.

- AFFA prezidentliyinə seçkilərə az vaxt qalıb. Bu məsələ ilə bağlı hər hansı bir yenilik var?

- Hələlik heç bir yenilik yoxdu. Namizədlərin müraciətini gözləyirik. Keçən həftə seçki tarixini rəsmən bəyan etdik. Yəqin ki, gələn həftədən seçkiylə bağlı fəallıq hiss olunacaq.

- Prezidentliyə namizədlər üçün son tarix müəyyənləşib?

- Namizədliyini irəli sürmək istəyən şəxslər fevralın 25-nə qədər qeydiyyatdan keçməlidirlər. Gündəlikdə hansısa dəyişiklik ola bilər. Bunu isə biz 15 gün əvvəldən bilməliyik. Ona görə də son tarix fevralın 25-di.

- Mətbuatda Rövnəq Abdullayevin daha AFFA-ya rəhbərlik etməyəcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə həqiqətəuyğundu?

- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Lakin bununla bağlı hər hansı rəsmi məlumat yoxdu.

- Siz necə düşünürsüz, Rövnəq Abdullayev yenə AFFA prezidenti olmaq üçün namizədliyini irəli sürəcək?

- Çox güman ki, bəli. Düşünürəm ki, Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olacaq.  

- Martın 11-də həm də AFFA-nın növbəti konfransı keçiriləcək. Amma əsasnamədə qeyd olunub ki, Konfrans İcraiyyə Komitəsi tərəfindən 3 ay əvvəldən çağırılmalıdı. Konfransın qeyri-qanuni olması haqda deyilənlərə münasibətiniz necədi?

- AFFA-nın konfransı hər ilin ilk rübündə keçirilir. Bu, birmənalı olaraq belədir. Çünki qaydalar tələb edir ki, konfrans ilk rübdə keçirilsin. Lakin konfransla bağlı əlavə heç bir məsələ yoxdu. Əgər, əlavə hansısa məsələ olsaydı, bu zaman İcraiyyə Komitəsinin bir araya gəlməsinə ehtiyac yaranardı. Hüquqi baxımdan konfransın keçirilməsində qeyri-qanuni heç nə yoxdu. Yalnız konkret tarixi müəyyən etmək lazım idi. Rövnəq bəy martın 11-ni təklif etdi və İcraiyyə Komitəsinin üzvləri də bu tarixlə razılaşdılar. Yenə deyirəm, konfransın gündəliyində hansısa ayrı məsələ olsaydı, bu zaman İcraiyyə Komitəsinin bir araya gəlməsinə ehtiyac duyulardı.

- Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının startına təxminən 3 ay qalıb. Turnirin Təşkilat Komitəsinin tərkibi nə vaxt açıqlanacaq?

- Növbəti 2 həftə ərzində Təşkilat Komitəsində yer alacaq şəxlərin adları açıqlanacaq. Hazırda struktur üzərində iş gedir. Lazımi sənədlər UEFA-ya da göndərilib. Bu məsələ İcraiyyə Komitəsinin iclasında da müzakirəyə çıxarılacaq.

- Avropa çempionatında iştirak edəcək U-17 millimiz yanvarın 13-də Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdən qayıtdıqdan sonra yalnız ölkə daxilində hazırlıq keçir. Bunun səbəbi nədir?

- Səbəb odur ki, millimiz Avropa çempionatında bütün oyunları Bakıda keçirəcək. Ona görə qərara gəldik ki, U-17 yığmamız maya qədər yalnız paytaxtda hazırlıq keçsin. Qarşıdakı günlərdə Rusiya və Ukrayna milliləri də Bakıya səfər edəcəklər. Həmin komandalarla qarşılaşmaqla yığmamız oyun praktikasının yoxluğundan da əziyyət çəkməyəcək.

- Yəni, U-17-nin ölkə xaricində deyil, Bakıda hazırlıq keçməsi maddi məsələlərlə bağlı deyil...

- Xeyr. U-17 ilə bağlı hər hansı maddi çətinlik yoxdu. Onlar qitə birinciliyindəki oyunlarını Bakıda keçirəcəklər. Bu səbəbdən də komandanın paytaxtda hazırlıq keçməsi qərar alındı. Amma U-19-un ölkə xaricindəki toplanışlarının sayı azalıb. Bu da qənaət rejiminə keçməyimizdən irəli gəlir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30