24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Zirə”nin uğur qazanmasının sirri futbolçuların özünəinamındadı”

“Zirə”nin qapıçısı Anar Nəzirov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın XXI turu çərçivəsində “Rəvan” üzərində çətin qələbə (2:1) qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Çətin oyun oldu. “Rəvan” çox mübariz komandadı. Komandadakı futbolçuları alqışlayıram. Çətin şəraitdə olsalar da, bütün güclərini ortaya qoyurlar. Bu gün də bizə qarşı layiqli mübarizə apardılar. Qələbəni çətinliklə əldə etdik. Artıq növbəti oyunlara baxacağıq. Çalışırıq ki, hər oyunda nəticə qazanaq və qələbə seriyamızı davam etdirək.

- “Rəvan”ın bərabərlik qolu vurduğu epizodu necə xatırlayırsan?

- Həmin anda rəqib qapıya zərbə endirdi. Bu zaman top komanda yoldaşıma dəydi və “rekaşet”dən sonra qapıya daxil oldu. Top istiqamətini dəyişməsəydi, qol olmayacaqdı. Çünki zərbəni görürdüm və topu tutmağa hazır idim.

- 1:1-dən sonra oyunun başa çatmasına az vaxt qalmışdı. Qələbə qolunu vuracağınıza inanırdın?

- Hesab bərabərləşdikdən sonra çətin vəziyyətə düşdük. Çünki oyunun sonuna az vaxt qalırdı. Amma sonda ikinci qolu vurduq. Komanda yoldaşlarım sağ olsunlar ki, özlərində güc tapdılar və sona qədər mübarizə apardılar.

- “Zirə” mövsümün ikinci yarısında xal itirməyən yeganə komandadı. Uğurun sirri nədədi?

- “Zirə”nin uğur qazanmasının sirri futbolçuların özünəinamındadı. Biz əsl kollektiv kimi mübarizə aparıb, istədiyimiz nəticələri qazanırıq.

- Son zamanlar sən də inamlı təsir bağışlayırsan. Özün necə, oyunundan razısan?

- Uğurlu çıxış edirəmsə, buna görə ilk növbədə “Zirə”yə borcluyam. Komandadakı qapıçı həmkarlarım və məşqçimiz çox əziyyət çəkirlər. Mən də məşqlərdə əlimdən gələni əsirgəmirəm.

Öyrənirəm, dayanmadan üzərimdə çalışıram.

- Qarşıda “Zirə”ni “Xəzər Lənkəran”la səfər oyunu gözləyir. Lənkəran səfərində qələbə seriyasını davam etdirmək mümkün olacaq?

- Çalışacağıq ki, Lənkəranda da qələbə qazanaq. Rəqib zəif deyil. Xüsəsən də evdə yaxşı oynayırlar. Amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, Lənkəran səfərindən sərfəli nəticəylə qayıdacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30