28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın gözlədiyi futbolçu gəlmədi

“Xəzər Lənkəran” yaya kimi, heyətinə başqa yeni futbolçu cəlb etməyəcək. Futbolxeber.az-ın məlumatına görə, bu barədə apasport.az-a cənub klubunun baş məşqçisi Elbrus Məmmədov açıqlama verib.

Qış “transfer pəncərəsi” fevralın 2-də bağlansa da, bəzi klublar kimi, “Xəzər Lənkəran” da azad agent statusu daşıyan futbolçuları heyətinə qatmaqda maraqlı idi. “Ağ-yaşıllar” ötən həftə “Dnepr”in Azərbaycan əsilli sabiq futbolçusu Bayram Budaqovla məhz bu yolla müqavilə imzalamışdılar.

“Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçunun qoşulacağı gözlənilirdi. Azərbaycan əsilli həmin oyunçu Budaqovdan fərqli, Rusiyadan gəlməli idi. Lakin adı açıqlanmayan hücumçu gözü yollarda qalan “ağ-yaşıllar”ı məyus edib.

Belə ki, o, söz verdiyi vaxtda Azərbaycana gəlməməklə yanaşı, Elbrus Məmmədovun zənglərinə cavab vermir. 44 yaşlı çalışdırıcı bu məsələnin onun üçün bağlandığını deyib: “Çox gözlədik, amma gəlib çıxmadı. Halbuki danışığımız olmuşdu, söz vermişdi. Özünün və klubunun adını açıqlamaq istəmirəm. Çünki bunun mənası yoxdu. Artıq bu məsələni bağladıq və mövsümün sonuna qədər hazırkı heyətlə davam edəcəyik”.

Qeyd edək ki, qış fasiləsindən sonra keçirdiyi 3 oyunda 1 xal qazanan “Xəzər Lənkəran” hazırda 13 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31