20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Məşqçilər Komitəsinin üzvləri Zirədə

Bu gün Zirə İdman Kompleksində AFFA-nın Məşqçilər Komitəsinin Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribovdan ibarət üzvləri ilə “Zirə” Peşəkar Futbol Klubunun rəhbərliyi arasında görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, “Zirə”nin prezidenti Vüqar Astanov, icraçı direktor Natiq İsmayılov və baş məşqçi Adil Şükürov qonaqlarla fikir mübadiləsi aparıblar. Prezident Vüqar Astanov “Zirə”yə baş çəkdiləri və təcrübələrini paylaşdıqları üçün mütəxəssislərə təşəkkür edib. Komitə üzvlərinə klubda görülən işlər, komandanın durumu və uşaq futbolu haqda məlumat verilib. Mütəxəssislər bəzi sahələrdə məsləhətlərini verməklə yanaşı “Zirə”nin müəyyən məsələlərdə nümunə olduğunu da dilə gətiriblər. Qeyd olunub ki, futbol adamları tərəfindən idarə olunması klubun uğurlarının və inkişaf yolunun əsasını təşkil edir. Görüşdə həmçinin, yerli gənclərin inkişafı və Azərbaycan futbolunun gələcəyi naminə işlərin görülməsinin önəmi vurğulanıb. Komitə üzvləri bu baxımdan “Zirə”də işlərin yaxşı qurulduğunu, artıq müxtəlif yaş qruplarından ibarət komandalara futbolçu verildiyini deyiblər. Komandanın baş məşqçisi Adil Şükürov da yerli futbolçuların yetişdirilməsi və inkişafı üçün atılan addımlardan danışıb. Mütəxəssis qeyd edib ki, komandaya cəlb olunan təcrübəli yerli və legioner futbolçulara da gənclərin inkişaf etdirilməsi ilə bağlı tövsiyələr verilir. Eyni zamanda, gənclərə də tapşırılır ki, belə futbolçuların təcrübəsindən yararlansınlar. Bununla yanaşı, əvəzedici heyət və digər komandalar da diqqətdə saxlanılır və seçilən gənc futbolçular mütəmadi olaraq əsas komandanın hazırlığına cəlb edilir.

Görüşdə gənc futbolçuların vətənpərvər ruhda yetişdirilməsinin önəmi də qabardılıb. Komitə üzvləri bununla bağlı konkret işlərin görülməli olduğunu xüsusi qeyd ediblər. Sonda tərəflər bu cür görüşlərin səmərəliliyini vurğulayaraq, bundan sonra da mütəmadi olaraq keçirilməsinin vacib olduğunu deyiblər (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30