25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi” “Böyük oyun”da mərhum əməkdaşlarını yad etməməsinin səbəbinin açıqladı

"Neftçi"nin bu gün Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşıb. Futbolxeber.az-ın məlumatına görə, 6 il əvvəl, məhz 13 fevral tarixində "Karvan"la oyundan qayıdarkən, “Neftçi”nin əməkdaşları avtomobil qəzasına düşüblər. Şamaxı - Bakı yolunda "Neftçi"nin hazırkı icraçı direktorunun müavini Mübariz Xudiyevin idarə etdiyi maşındərəyə aşıb. Nəticədə klubun mətbuat xidmətinin əməkdaşı Alim Məmmədov və kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov dünyasını dəyişib. Qəzada xəsarət alanlar arasında klubun sabiq operatoru Dadaş Zeynalov da olub.

Lakin bu gün baş tutan “Böyük oyun”da gözlənilənlərin əksinə olaraq, “Neftçi” mərhum əməkdaşlarını yad etməyib. Bunun səbəbini öyrənmək üçün "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulova müraciət etdik. Klub rəsmisi saytımızda açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

“Təbii ki, həm Alimin, həm də Vahidin xatirəsi “Neftçi” üçün əzizdi. Onların xatirəsi əbədi olaraq yaşayacaq. Bu gün onları rəsmi saytımız vasitəsi ilə yadd etdik. Lakin “Xəzər Lənkəran” oyunda hər hansı bir addım atılmadı. Buna ehtiyac duymadıq”. 




Ad: Resul Zeynalli;   E-mail: [email protected]

13.02.2016 23:15

Rəhmətə Gedənlərə Allahdan rəhmət diləyək məkanları cənnət olsun. oyun.zamani gərək Neftçi pfk onları yada salıb ruhların şad edəydilər! Çünki onlar Neftçi nin şerefini qoruyaraq rehmete gediblər..Rehmetlikler kimi hemcinin Dadas Zeynalov da Neftçinin şerefini qoruyub ona edilən Böyük haqsızlığa gore Lazımi şəxslər öz cəzalarını Allah terefinden cekecekler.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30