19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Rövnəq Abdullayev Bakı və London Stadionlarını müqayisə etdi

"Bakı Olimpiya Stadionunun tikintisi bizə çox ucuz başa gəlib". Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Bakı Olimpiya Stadionu haqda danışan Abdullayev maraqlı fikirlər səsləndirib.

O, Bakı və London Olimpiya Stadionlarını müqayisə edib. Abdullayevin sözlərinə görə, Bakıdakı stadionun tikilişinə daha az pul xərclənib: “Bilirsiniz ki, Bakı Olimpiya Stadionu dünyanın ən tez tikilən arenasıdı. 2015-ci ilin ən gözəl stadionu seçilib. Qiyməti digər stadionlarla müqayisədə 40%-dək ucuz başa gəlir. London Olimpiya Stadionundan keyfiyyət baxımdan qat-qat üstündü, lakin qiyməti dəfələrlə aşağıdı".

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması ev oyunlarını məhz Bakı Olimpiya Stadionunda keçirir. Bu vaxta qədər həmin arenada 2 görüş keçirən millimiz İtaliyaya məğlub olub (1:3), Moldovaya isə qalib gəlib (2:1).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30