23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Mahmud Qurbanov: “Qarabağ”ın ilk pillədə olacağı gözlənilən idi”

Milli komandamızın məşqçisi Mahmud Qurbanovun müsahibəsi

- Azərbaycan Premyer Liqasını müntəzəm olaraq izləyirsiniz. Çempionatın gedişi haqda nə deyə bilərsiniz?

- Kimin necə hazırlaşdığını bir neçə turdan sonra biləcəyik. İlk turda gördük ki, həm “Qəbələ”, həm də “Qarabağ” məğlub oldu. Komandaların hansı durumda olduğunu indidən demək çətindir. Fasilədən sonra iki tur keçib. Ancaq bu iki turda  gözlənilməz nəticələr də qeydə alındı. “Neftçi”nin “Rəvan”la heç-heçəsi də gözlənilməz oldu.

- Artıq çempionatda 20 tur arxada qaldı. Bu müddət ərzində sizi təəccübləndirən komandalar və futbolçular oldumu?

- Yaxşı hal odur ki, klublarda gənc futbolçulara maraq daha çoxdur. Bir çox klubumuz yerli, gənc futbolçulardan istifadə etməyə başlayıb. “Qarabağ”ın ilk pillədə olacağı gözlənilən idi. “Zirə” haqqında proqnoz vermək çətin olardı. Heç kim deyə bilməzdi ki, “Zirə” ilk “üçlük”də qərarlaşacaq. Çempionatın gedişi göstərdi ki, bu komanda da iddialıdır. Onların hazırda ikinci pillədə olmağı təəccüblü olmasa da, çoxları bunu gözləmirdi. Biz ikinci pillədə olmağı “Neftçi”, “Qəbələ” və “İnter”dən gözləyirdik. “Kəpəz”in oyunu alqışalayiqdir. Bu sözləri “Qəbələ” haqda deyə bilmərik. Çünki son turda “İnter”ə qalib gəlsələr də, hiss olunur ki, çempionat onlar üçün çətin keçəcək. “Neftçi” üçün də asan olmayacaq. Əminliklə demək olar ki, “Qarabağ” çempionluğa ən real namizəddir. Yəni bu komandanın rəqibi görünmür. “Zirə”, “Qəbələ”, “İnter” kimi klubların çempionluq yarışına qoşulub-qoşulmayacağını zaman göstərəcək.

- Son turlarda gözlənilməz nəticələr qeydə alınır. Qarışıq bir çempionatın şahidiyik. Premyer Liqamızın səviyyəsi istənilən kimi olmasa da, ilk “üçlük” uğrunda 6-7 komanda mübarizə aparır. Sizcə, hansı klublar bu mübarizədən qalib ayrılacaq?

- Qeyd etdiyiniz kimi, çempionatda qarışıqlıq var. Ona görə də indidən deyə bilmərik ki, neçə komanda avrokuboklara vəsiqə qazana bilər. Bəzi klublarımızda maliyyə, bəzilərində heyətlə bağlı problem var. Düşünürəm ki, bayaq adlarını çəkdiyimiz klublarla yanaşı AZAL və “Sumqayıt” da avrokublar uğrunda mübarizə aparmağa qadirdir.

- Sanki “Qarabağ”ı çıxmaq şərtilə digər klubların səviyyəsi bərabərləşib...

- Hər klubun öz problemləri var. Görünən odur ki, bəzi klublar gözləniləndən artığını edir. Mən deyərdim ki, AZAL da sürpriz nəticələr göstərə bilər. Bu komanda da xoş sözlərə layiqdir. Çempionatın sonunda hansı klubların yuxarı pillərdə olacağını indidən demək çox çətindir.

- Klublarda yaranan maliyyə problemləri ilə əlaqədar yerli, gənc futbolçular daha çox oynamaq şansı əldə edəcək. Demək olarmı bu vəziyyətdən ən çox milli komandamız yararlanacaq?

- Əlbəttə, ən çox qazanan əsas və U-21 millimiz olacaq. Gənc futbolçuların tez-tez Premyer Liqada oynamağı onlar üçün də bir sınaqdır. Bununla da iş bitmir. Milliyə dəvət almaq üçün onlar da özlərini göstərməlidirlər. Təbii ki, klublarımızda legionerlər azalacaq. Yaxud da klublarımız çox pul xərcləmədən keyfiyyətli legionerlər almağa çalışacaqlar. Yerli futbolçular nə qədər çox oynasalar, milli komandaların məşqçiləri üçün seçim asan olar.

- U-21 millimiz “Antalya Cup” turnirinin qalibi oldu. Yəqin bu komandada əsas millimizə namizədlərin sayı çoxalıb.

- U-21 əsas millimizin bazasıdır. Lazım olanda oradan futbolçular götürürük. Robert Prosineçki Antalyada bu komandanın çıxışlarını izlədi. O, futbolçulardan çox razı qaldığını bildirdi. Bəzi futbolçuların oyununu bəyənib. Ad çəkməyim düzgün olmaz. Çox perspektivli oyunçu var ki, onların bəzisi bu il, bəzisi isə gələn il millimizə kömək edə bilər. Həmin futbolçular özlərini çempionatda da göstərməlidir. “Antalya Cup” turnirində özlərini göstərməklə iş bitmir.

- Samir Məsimovun Sloveniya klubuna keçidi ona milli komandanın qapılarını açacaq?

- Samirin Avropa klubuna keçməyi yaxşı haldır. Xarici klublarda oynayan futbolçularmız azdır. Təbii ki, baş məşqçi Samirin “Domjale”dəki çıxışını bəyənsə, milliyə dəvət edəcək. Onun oyun təcrübəsindən çox şey asılıdır. Məncə, müntəzəm meydana çıxsa, ona dəvət göndəriləcək. Çünki Samir “Neftçi”də oynayanda da onun çıxışını bəyənirdik. Sadəcə, oyun təcrübəsi az olurdu.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30