5 Yanvar 2026, Bazar ertəsi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Ölkə futbolu

Kamran Abdullazadə “Xəzər Lənkəran”a qayıdır

“Xəzər Lənkəran”ın qış fasiləsində transferə çıxardığı futbolçulardan biri komandaya qayıdıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, söhbət yarımmüdafiəçi Kamran Abdullazadədən gedir.

Gənc futbolçu ilə Premyer Liqanın bir neçə klubu maraqlansa da, gələn təkliflər cənub klubunu qane etməyib.

Abdullazadə bildirib ki, “Xəzər Lənkəran”da qalmağının səbəbi klubun onu buraxmamağı olub: “Kəpəz” də daxil olmaqla, bir neçə variantım var idi. Lakin transfer vərəqəm “Xəzər Lənkəran”da olduğundan, həmin komandalar ilk növbədə klubumla anlaşmalı idilər. Lakin görünür, gələn təkliflər rəhbərliyin ürəyincə olmayıb. Artıq sabahdan “Xəzər Lənkəran”ın əvəzedici heyətində məşqlərə başlayacam. Hələ ki, əvəzedicilərdə yer alacam. Bundan sonra əsas komandaya qayıdıb-qayıtmayacağım rəhbərliyin və baş məşqçinin qərarından asılı olacaq. Klubla mövsümün sonuna qədər müqaviləm olduğundan, yaya qədər burda qalacağım dəqiqdi”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Kamran Abdullazadə ilə yanaşı, Elşən Rzazadə və Elnur Cəfərovu da transferə çıxarmışdı. Onlardan yalnız Elşən özünə başqa komanda tapıb. O, “transfer pəncərəsi”nin son günlərində “Neftçi”yə keçmişdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31