25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Dodo: “Son oyunlardakı komanda əsl “Qəbələ” deyildi”

“Qəbələ”nin aparıcı üzvü Dodo Futbolxeber.az saytına müsahibə verib.

- Bu gün “İnter” üzərində qazandığınız minimal hesablı qələbə barədə nə deyə bilərsən?

- Bu gün çox vacib qələbə qazandıq. 3 xala çox ehtiyacımız var idi. Son turlar qələbə qazana bilmirdik. Bəzi oyunlarda pis çıxış etməsək də, sərfəli nəticə qazana bilmirdik. Amma bu gün 3 xal qazandıq. Düşünürəm ki, bundan sonra hər şey yaxşı olacaq.

- Əvvəlki oyunlarda uğursuz çıxış etməyinizə səbəb nə idi?

- Son günlər həm baş məşqçimiz, həm də klub rəhbərliyi ilə bu məsələni müzakirə edirdik. Son oyunlardakı komanda əsl “Qəbələ” deyildi. Biz Avroliqanın qrupunda çıxış etmiş komandayıq. “Qəbələ” Azərbaycanın ən böyük klublarından biridir. Ardıcıl uğursuz oyunlar “Qəbələ”yə yaraşmır. Əvvəlki oyunlarda azarkeşlər görməyə adət etdikləri komandanı görmürdüər.

- Öz oyunundan nə dərəcədə razı qaldın?

- Mən bu haqda nəsə deyə bilmərəm. Amma hər zaman komandamın uğurlu çıxışı üçün əlimdən gələni edirəm.  

- Hava şəraitinin pis olması bugünkü oyununuza təsir etdi?

- Hava şəraiti həqiqətən də çox pis idi. Belə havada futbol oynamaq çətindi.

- Düşünmək olar ki, “İnter” üzərindəki qələbədən sonra “Qəbələ”nin problemləri həll olunacaq?

- Mən də belə düşünürəm. Artıq özümüzü yaxşı hiss edəcəyik və oyunlara rahat hazırlaşacağıq. Belədə həvəslə məşq etmək də mümkündü. Amma komanda uğursuz çıxış edəndə istədiyin kimi məşq edə bilmirsən, komandada əhval-ruhiyyə yaxşı olmur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30