24 Avqust 2019, Şənbə
Dabo azarkeşlərdən üzr istədi
Millimiz Xorvatiyanı məğlub etdi
Hacı Əliyevin rütbəsi artdı
"Qarabağ" "Linfild"ə uduzdu

Ölkə futbolu

Roman Qriqorçuk: “Bu gün komanda şəklində döyüşdük”

“Komandanın oyunundan razı qaldım. Bu gün komanda şəklində döyüşdük”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Inter”lə oyundan sonra deyib.

Ukraynalı mütəxəssis 1:0 hesablı qələbəni belə şərh edib: “Uzun müddətdir ki, qələbə qazana bilimirdik. Amma elə oyunlar olub ki, yaxşı oynasaq da, məğlub olmuşuq. Oyunda əvəzetmə etmədim. Çünki buna ehtiyac görmədim. Ötən tur iki hücumçumuzu itirdik. Bu, elə də ürəkaçan deyil. Hakimlik barədə danışmaq istəmirəm. Düşünürəm ki, rəqibə və bizə göstərilən sarı vərəqə arasında fərqlilik vardı. Bu mənim şəxs fikrimdir. Rəşad Sadiqov cərimə edən kimi birbaşa sarı vərəqə aldı. Elə bil hakim “sarı”nı əlində saxlamışdı. Digər tərəfdən Santosda da müəyyən kobudluq vardı. Baxışda olan Emerton komandada qalmayacaq”.

Roman Qriqorçuk Sergey Zenyovla Aleksey Antonovun vəziyyətinə də aydınlıq gətirib: “Zenyovda güclü beyin silkələnməsi olmuşdu. Hazırda realibitasiya prosesi keçir. Yaxın zamanlarda məşqlərə qoşulacaq. Antonov isə 4-5 həftə oynamayacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31