28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Riçard Almeyda: “Əsas 3 xalı qazanmaq idi”

“Qarabağ”ın futbolçusu Riçard Almeydanın Futbolxeber.az saytına müsahibəsi

- “Xəzər Lənkəran” 3:0 hesabı ilə məğlub etdiyiz qarşılaşma haqda nə deyə bilərsən?

- Bilidik ki, çətin oyun olacaq. Bununla belə, “Xəzər Lənkəran”a qarşı yaxşı çıxış etdik. Komanda yoldaşlarım ilk hissədə səbirsizi idilər. Rəqib də boş zonaları yaxşı bağlayırdı. Fasilədən sonra topu daha çox özümüzdə saxladıq, ötürmələrin sayı da artdı. Nəticə baxımından əsas 3 xalı qazanmaq idi.

- Qeyd etdin ki, oyunun çətin keçəcəyini bilirdik. Amma “Xəzər Lənkəran” hazırda heç də yaxşı günlərini yaşamır.

- Əslində, bütün oyunlar çətindi. AZAL-la oyunda da qol imkanlarımız oldu. Rəqibin ciddi müqaviməti ilə üzləşdik. Yekunda isə uduzduq. Həm də bütün komandalar “Qarabağ”a qarşı sıx oynayır.

- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsınız. Həmin oyundan nə gözləyirsən?

- “Kəpəz”ə qarşı səfərdə oynamaq çətindi. Amma artıq qələbə qazanmışıq və bu səbəbdən oyuna sakit hazırlaşacağıq. Səfərdə oynayacağıq. Matçın çətin keçəcəyini bilirik. Yaxşı nəticə qazanmağa çalışacağıq.

- Birinci hissədəki top itkiləri nədən irəli gəlirdi: Antalya hazırlığından sonra komandada yorğunluq var, yoxsa bu, ötən turdakı yenilginin təsiri idi?

- Birinci hissədə 1-2 qol epizodu yaratdığımız fikriilə razı deyiləm.

- Formanızın üzərində Premyer Liqanın sponsoru olan “Topaz” yazısının üstü bağlı idi...

- Mənə bu köynəyi klubdan eriblər. Mənim işim də onu geyməkdi




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31