29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rəvan”ın kapitanı: “Hakim heç nədən oyunçularımıza sarı vərəqə göstərirdi”

“Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Meydana üç xal üçün meydana çıxmışdıq. “Neftçi” ilə matçda bizi ancaq və ancaq qələbə qane edirdi. Xalımızı artıraraq, silinən xalları geri qaytarmaq istəyirik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Rəvan”ın kapitanı Ramazan Abbasov deyib.

Təcrübəli yarımmüdafiəçi “Neftçi” ilə bərabərə qaldıqları oyunu (1:1) belə şərh edib: “Hücumda tələskənliyə yol verdik. İkinci hissənin ortalarında 2-3 yüzfaizli qol epizodlarından yararlana bilmədik. Hiss olunurdu ki, hücumda təcrübəsizik. Çünki hücumçularımız cavanlardı”.

Abbasov qeyd edib ki, klub rəhbərliyi hələ də futbolçuların maaşlarını ödəməyib: “Rəhbərlik ayın 5-nə kimi pul veriləcəyini bildirsə də, hələ ki verilməyib. Hamımız gözləyirik. Neyləmək olar? Meydançaya çıxdınsa, artıq hər şey yaddan çıxır və mübarizə aparırsan”.

Ramazan Abbasov “Neftçi” ilə oyunun hakimliyinə də toxunub: “Neftçi”nin müdafiəçisi əks-hücumun qarşısını aldı və meydanda qovuldu. Bizim futbolçunun nə etdiyini isə görmədim. Amma hakim belə qərar qəbul edibsə, deməli nəsə görüb. Son görüşlərdə hakimlər bizə qarşı haqsızlıq edirdilə. Bu oyunda haqsızlıq olmadı. Bununla belə, bəzi epizodlarda hakim heç nədən oyunçularımıza sarı vərəqə göstərirdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31