20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Erik Ramos məni təxribata çəkdi”

“Maraqlı oyun alındı. Azərbaycana yeni gəlmişəm. Çempionatın səviyyəsi yaxşıdı. "Neftçi" də çox yaxşı komandadı. Çox şadam ki, bu gün xal qazana bildik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Rəvan”ın üzvü Yasin Həmid deyib.

Gənc futbolçu qırmızı vərəqə aldığı epizodu belə şərh edib: “Rəqibin futbolçusu Erik Ramos məni təxribata çəkdi. Əvvəlcə o məni əli ilə itələdi. Mən də onu qarşılıq verdim və Ramos dərhal özünü yerə atdı. Hakimin qərarı ilə razıyam, qırmızı vərəqə var idi. Bununla belə, meydanı tərk etmək istəmirdim. Emosiyalara qapıldım. Həyatımda ilk dəfədir ki, qırmızı vərəqə alırdım”.

Yasin Həmid oyunları boykot edəcəkləri haqda xəbərləri təkzib edib: “Yalan məlumatdı. Məşqimizi edib, oyunlara hazırlaşırıq. Pulu ödəyəcəklər ya yox, bu barədə bir söz deyə bilmərəm”.

O, azərbaycanlı olduğu barədə deyilənləri də yalanlayıb: “Azərbaycanlı deyiləm. Atam misirli, anam isə Krımdandı. Azərbaycanla hər hansı bağlılığım yoxdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30