19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Araz Abdullayev: “Rəvan”ı aşağılamaq istəmirəm, amma...”

"Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev Premyer Liqanın XX turunda “Rəvan”la heç-heçə oynadıqları (1:1) görüşü şərh edib. Futbolxeber.az saytına müsahibəsində təcrübəli futbolçu deyib: “İlk yarıda yaxşı oynamadıq. Amma ikinci hissə başlayanda istədik ki, rəqibi əks-hücumda yaxalayaraq qol vuraq. Özümüz qol buraxsaq da, ruhdan düşmədik. Hesabı bəraləşdirdik. Lakin ikinci qolu da vura bilərdik”.

Abdullayev növbəti oyunda qələbə qazanmağa çalışacaqlarını qeyd edib: “Çalışacağıq ki, “Xəzər Lənkəran"la matçda qələbə qazanaq. "Qarabağ", "Qəbələ" kimi komandalarla oyunlarda istər-istəməz oyuna köklənmə daha yaxşı olur. "Rəvan" kimi komandalarla oyunlarda isə öz aramızda da danışırıq, çalışırıq ki, rəqibə daha ciddi yanaşaq. Bu, futboldur. "Rəvan"ı aşağılamaq istəmirəm. Amma "Neftçi"yə qarşı imkanlarından daha artıq səviyyədə çıxış edirlər”.

Araz Abdullayev matçın hakimliyi barədə bunları vurğulayıb: “Matçdakı narazılıqlar elə oyunda qaldı. Meydandan kənarda Əsgərovla yaxın dostuq, söhbət edirik. Hamı istəyir ki, qalib gəlsin. Oyunun tempi bir az qalxanda istəyirsən ki, sürət daha da yüksək olsun. Çünki bu halda oyun həm baxımlı, həm də qol vəziyyətləri çox olur. Oyun tez-tez dayananda temp də ölür, istədiyini də əldə edə bilmirsən. Etirazlarımız sırf futbolla bağlı idi. Başqa bir şey yox idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30