29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hafiz Məmmədov Azərbaycan futboluna o komitədən daha çox xeyir verib YAZI

Martda AFFA prezidentliyinə növbəti seçkilər keçiriləcək. Hazırda bu məsələ çox da gündəmdə deyil. Çünki Rövnəq Abdullayevin yenidən assosiasiyaya prezident seçiləcəyi çoxlarında şübhə doğurmur. Bu gün, heç Abdullayevlə AFFA prezidentliyi uğrunda mübarizə aparacaq ciddi rəqib də yoxdu. Odur ki, Rövnəq Abdullayevin qələbəsini indidən proqnozlaşdırmaq mümkündü.

Hazırda daha çox İcraiyyə Komitəsinin üzvlərinin kimliyi maraq doğurur. Komitəyə sədrdən (AFFA prezidentindən-red.) başqa daha 10 üzv seçiləcək. Həmin üzvlərin kimlər olacağıni indidən əminliklə söyləmək çətindir. Amma bir şeyi əminliklə söyləmək olar ki, son zamanlar hazırda komitənin üzvü olan Hafiz Məmmədova qarşı anti-təbliğat kampaniyası aparılır. Görünür, kimlərsə Hafiz Məmmədovun daha komitədə təmsil olunmasını istəmirlər. Hətta Məmmədovun həmin komitəyə layiq olmadığını iddia edənlər də var. Əslində, həmin insanları anlamaq çətin deyil. Çünki heç kim istəməz ki, Azərbaycan futboluna özündən qat-qat çox xeyir vermiş biri ilə yanaşı otursun. Bu halda həmin adamın deməyə daha çox sözü olacaq. Fakt budur ki, bu gün İcraiyyə Komitəsində oturanların demək olar ki, 90 faizi biryerdə Hafiz Məmmədovun Azərbaycan futboluna verdiyi qədər xeyir verməyiblər. Bəziləri “Hafiz Məmmədov Azərbaycan futbolu üçün nə edib ki” kimi gülünc sualla çıxış edirlər.

Bəylər, Hafiz Məmmədov Azərbaycan futboluna çox xeyir verib. “Bakı” üçün o cür baza tikib. Həmin bazada yüzlərlə Azərbaycan gənci futbolun sirlərinə yiyələnib. Bu gün “Bakı”nın yetirmələri olan 30 nəfər Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edir. Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən əksər klubların heyətində minimum “Bakı”nın 1 yetirməsi var. Hafiz Məmmədovun ideyası olan “Land of fire Azerbaijan” brendi bütün dünyada məşhurlaşıb. Bu brendin sayəsində yüz minlərlə insan Azərbaycanı tanıyıb. Buna qədər Azərbaycan deyəndə əcnəbilərin ağlına “oil”, “Caspian sea” gəlirdisə, bu gün Azərbaycanı məhz “Land of fire Azerbaijan” brendinə görə tanıyanların da sayı kifayət qədərdi. Və bütün bunlardan sonra siz hələ də “Hafiz Məmmədov Azərbaycan üçün, futbolumuz üçün nə edib” sualını verirsizsə...

İcraiyyə Komitəsində oturanların hansı Azərbaycanın tanınmasında bu qədər işı görüb? Icraiyyə Komitəsində oturanların hansı Azərbaycan futbolu üçün bu qədər gənc oyunçu yetişdirib? Hansı biri?

Bu məsələni çox uzatmağa ehtiyac yoxdu. Elə Hafiz Məmmədov özü 2 ay əvvəl Futbolxeber.az saytına müsahibəsində bununla bağlı sualımıza belə cavab vermişdi:

İcraiyyə Komitəsindən gedim? Niyə ki? Kimsə məni komitədən çıxarmaq istəyir? Əmin olun, Hafiz Məmmədov heç yana getmir, futboldadı. Bəli, müəyyən çətinliklər var idi. Amma baş verən siyasi hadisələr də göstərdi ki, əslində biz heç bir sıxıntı yaşamamalıydıq. Nə “Bakı”nın, nə “Baghlan Group”un, nə də Hafiz Məmmədovun heç bir problemi olmayıb, indi də yoxdu...

Hər nə qədər kimlərsə istəməsə də, Hafiz Məmmədov bu gün Azərbaycan futbolundadı və gələcəkdə də olacaq.

Futbolxeber.az




Ad: anonim;   E-mail: ---

04.02.2016 20:35

Kash Azerbaycanda H.Memmedov kimi choxlu insan ola .òz milletini,døvletini,Ishini seven ve futbola qoyduxu diqqeti biri qoya.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31