25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Sami Hyuyupya: “Qəbələ” ilə oyundakı nəticə bizi narahat etmir”

“Mən bilirdim ki, “Qəbələ” ilə yoxlama görüşü bizim üçün çətin keçəcək. Çünki futbolçular həmin oyundan öncə çox yorulmuşdular”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Sürix” klubunun baş məşqçisi Sami Hyuyupya deyib.

Finlandiya yığmasının və “Liverpul”un sabiq müdafiəçisi İsveçrə mətbuatına danışıb. Geniş müsahibəsində “Sürix”in Antalya toplanışını dəyərləndirən Hyuyupya “Qəbələ”yə 0:4 hesablı məğlubiyyəti yada salıb.

42 yaşlı çalışdırıcı “Antalyadakı təlim-məşq toplanışında ağır məşqlər keçdik. Bununla yanaşı, yoxlama görüşlərində də qüvvəmizi sınadıq. “Qəbələ” və “Kayzerslautern”ə məğlubiyyətlərə gəlincə, “Qəbələ” ilə oyundan öncə səhər də məşq etmişdik. Qısası, matçın bizim üçün çətin keçəcəyini bilirdim. Bu mənada, “Qəbələ”, eləcə də “Kayzerslautern”lə yoxlama görüşlərindəki nəticələr bizi narahat etmir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30