20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Komanda tam hazır deyil”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XX turunda "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, supersport.az-a açıqlamasında təcrübəli mütəxəssis bunları deyib: “AZAL-a məğlub olsaq da, futbolçulardan razı qaldım. Komanda tam hazır deyil. "Xəzər Lənkəran"la oyunda qələbə qazanmağa çalışacağıq. Çempionatda zəif komanda yoxdur. Qarşıdakı iki dövrə daha çətin keçəcək".

"Qarabağ"ın baş məşqçisi hücum xəttini gücləndirməyin vacibliyini vurğulayıb: "Dünya futbolunda hücum xəttinin gücləndirilməsinə daim ehtiyac var. Bilirsiniz ki, hər iki hücumçumuz zədəlidir. Komandamızda forvardların sayının çox olmasını istərdik. Hazırda da axtarışdayıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30