25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Turan Tovuz"un futbolçularının yarısı qovulub, məşqçilərin maaşı kəsilib

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan "Turan Tovuz" klubunun Müşahidə Şurası radikal qərarlara əl atıb. Bu barədə "Report"a şuranın sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mövsümün ilk dövrəsindəki uğursuz nəticələrlə əlaqədar futbolçuların yarısı komandadan kənarlaşdırılıb. Bundan başqa, klubun əməkdaşları, baş məşqçi Nizami Sadıqov və onun köməkçilərinin maaşları azaldılıb. O.Abdullayev gedənlərin yerinə "Bakı", "Xəzər Lənkəran" və digər klublardan, eləcə də Gürcüstandan futbolçuların cəlb olunduğunu vurğulayıb. Bir müddətdir ikinci dövrənin hazırlıqlarına başladıqlarını deyən sədr təlim-məşq toplanışının Bakıda və ya Gürcüstanda təşkil olunacağını əlavə edib.

Qeyd edək ki, "Turan Tovuz" ilk dövrədən sonra 13 oyuna 15 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30