18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Azərbaycan millisində çıxış etməkdən məmnunam"

“Məni Azərbaycan yığmasına ilk dəfə Berti Foqts dəvət edib”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin və Almaniyanın “Karlsrue” klubunun futbolçusu Dmitri Nazarov deyib.

Alman mətbuatına müsahibə verən 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinə dəvət edilməsindən danışıb.

Ailəsinin onun qərarına hörmətlə yanaşdığını deyən Nazarov yığmamızın sabiq çalışdırıcısı Berti Foqtsla ilk görüşünü yada salıb: “Foqtsla görüşdük və bu məsələni müzakirə etdik. İlk dəfədən məndə müsbət fikir yarandı. Azərbaycan yığmasında oynamaqla bağlı verdiyim qərarı ailəm də yaxşı qarşıladı. Valideynlərim həmişə yanımdadı. Ailəm “Karlsrue”dəki oyunlarımı da izləməyə gəlir”.

Nazarov yığmamızın düşərgəsinə gələndə hər dəfə təyyarə ilə 5 saatlıq yol qət etdiyini bildirib. Bundan başqa, Azərbaycan futbolunda qarşılaşdığı mənzərədən müsbət mənada təəccübləndiyini vurğulayıb: “Azərbaycan millisində çıxış etməkdən məmnunam. Avropa çempionatının seçmə mərhələsində 10 oyunun hamısında iştirak etdim”.

“Karlsrue” ilə mövsümün sonuna qədər müqaviləsi olan Nazarov gələcək karyerası ilə bağlı da danışıb. O, komandasının keçən il Bundesliqaya yüksəlmək şansını qaçırmasını da xatırladıb: “Bundesliqaya yüksələ bilməmək bizim üçün, doğrudan da, ağır idi. Amma həvəsdən düşməmək, irəli baxmaq lazımdı. Bəlkə də əsl gücümüzü hələ tam göstərməmişik. Gələcək karyerama gəlincə, nəzərimdə bir neçə variant var”.

Qeyd edək ki, “Karlsrue” II Bundesliqanın cari mövsümündə 19 turdan sonra 25 xal toplayaraq, turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Nazarovun komandası qış fasiləsindən sonra ilk oyununu fevralın 7-də öz meydanında “Frankfurt”a qarşı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30