1 Iyul 2025, Çərşənbə axşamı
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı
Millimiz darmadağın oldu
"Neftçi"dən daha bir transfer

Ölkə futbolu

"Neftçi"nin yeniyetmələrinin Gürcüstan sınağı

“Neftçi” PFK-nın aşağı yaş qruplarından ibarət komandaları Gürcüstan Futbol Federasiyasının ilk prezidenti Nodar Axalkatsi adına 6-cı beynəlxalq Tbilisi turnirində iştirak ediblər. Futbolxeber.az-ın məluimatına görə, məşqçi İslam Kərimovun yetirmələri olan 2002-ci il təvəllüdlü futbolçulardan ibarət komanda qrupda “Raça”ya (Ambromlauri) uduzsa da (1:2), “Morkinali”ni (Tbilisi) 5:2, “Saburtalo-1”i (Tbilisi) isə 3:2 hesabı ilə məğlub edərək, mərhələ adlayıb. Bundan sonra “Çempioni-1” (Tbilisi) və “Acari” (Batumi) klublarını müvafiq olaraq 1:0 və 4:1 hesabı ilə yenən komanda, yarımfinalda Tbilisi “Dinamo”sunun futbol akademiyasının komandasına 0:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə “Avaza”ya uduzan (0:2) "Neftçi" turniri 4-cü pillədə başa vurub.

Məşqçi Tural Kərimovun başçılıq etdiyi 2003-cü il təvəllüdlü futbolçulardan ibarət komandaisə qrupda Tbilisinin “Baqsvudi” (5:2) və “Saburtalo-1” (0:4) klubları, eləcə də Tskinvali “Spartak”ı (4:3) ilə qarşılaşıb. Növbəti mərhələdə “Axarlsixe” (Mesxeti) klubunu 7:0 hesabı ilə darmadağın edən komanda daha sonra Tbilisi “Dinamo”sunun futbol akademiyasının komandasına uduzaraq mübarizəni dayandırıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31