16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ” kimi güclü komandanı üç cavabsız qolla məğlub etməyimiz...”

“Əsas hədəfimiz qələbə qazanmaq idi. Üç xal əldə etdiyimiz üçün sevinirik. Qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Budaq Nəsirov deyib.

Şərəfini qoruduğu klubun rəsmi internet saytı olan kapazpfc.az-a danışan gənc yarımmüdafiəçi “Qəbələ” ilə matçda baş məşqçinin tapşırıqlarını yerinə yetirdikləri üçün daha çox sevindiklərini söyləyib: “Əsas olan Şahin Diniyevin tapşırıqları idi. Onları maksimum şəkildə yerinə yetirib qələbə qazanmaq daha xoş oldu”.

Qəbələ təmsilçisi ilə görüşdə meydanda ən yaxşılardan biri olan Nəsirov məhsuldar ötürmə ilə yadda qaldı. Məhz onun topla uzun keçidindən sonra qapı qarşısına verdiyi ötürmə ilə Julien Ebah hesabı açmış oldu: “Əsas olan komandanın qələbə qazanması idi. “Qəbələ” kimi güclü komandanı üç cavabsız qolla məğlub etməyimiz təlim-məşq toplanışında çəkdiyimiz zəhmətin bəhrəsi idi. Möhtəşəm azarkeş dəstəyi də bizə kömək etdi. Düzünü deyim ki, ölkəmizdə Gəncədəki qədər böyük tamaşaçı kütləsi qarşısında heç vaxt oynamamışam, heç görməmişəm də. Belə fanatlarımız olduğu üçün xoşbəxtik. Onların gözü qarşısında qələbə qazanmamaq günah olar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30