Ölkə futbolu
2 aya 1 oyunu təşkil edə bilməyənlər, Avropa çempionatını necə keçirəcəklər? YAZI
AFFA yenə qeyri-adi qərarı ilə hər kəsi təəccübləndirdi. Söhbət dünya derbisinin ("Beşiktaş"lılar bu ifadəni qəbul etməsələr də, belədir) Bakıda keçirilməməsindən gedir. Halbuki hər kəs Türkiyə superkuboku uğrunda oyunun - möhtəşəm "Qalatasaray" - "Fənərbaxça" derbisinin paytaxtımızda keçiriləcəyinə inanırdı. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə məsələ daha ciddi idi və türk qardaşlarımız bizim federasyona məktub da göndərmişdilər. Gəl ki, AFFA qarşı tərəfin təklifini qəbul etmədi.
Bu qərarı anlamaq çətindir. Axı, bu cür təklifdən necə imtina etmək olar? AFFA-da oturanlar hansı əsasla azarkeşləri bu cür futbol bayramından məhrum etdilər? Suallar çoxdu, cavab isə yoxdu. İndi Elxan Məmmədov çıxıb, sevimli saytlarına min bir bəhanə gətirəcək. Amma bu qərarın bircə adı var - biabırçılıq. Görəsən, AFFA-dakılar istəmirdilər ki, onların bəh-bəhlə tikib, ərsəyə gətirdikləri avropasayağı "Tofiq Bəhramov"u bütün dünyada görsünlər? "Bəyin oğurlanması"nda deyildiyi kimi, "düz deyirsiz, sizi elə görməsələr" yaxşıdır...
Amma dərindən düşünəndə AFFA-nı anlamaq mümkündür. Millimizin və ya ölkə çempionatının hansısa oyununda "Tofiq Bəhramov"un dolduğunu görmüsüz? Təbii ki, yox. Amma həmin oyunda stadion tam dolacaqdı. AFFA-dakılar da paxıllıqlarından partlayacaqdılar. Hətta azarkeşləri də qınaq obyektinə çevirəcəkdilər ki, öz oyunumuza gəlmirlər, amma türklərin superkubokuna gör necə qaça-qaça gəlirlər...
AFFA-nı qınamayın, gözləri qorxub. Düşünürlər ki, bu dəfə də "Qalatasaray"ın "oxrana"ları "Fənər"in futbolçularını döyəcəklər. Sonra gəl, bu qalmaqalın altından çıx görüm, necə çıxırsan...
Ən gülməlisi isə AFFA-nın saytındakı izahatdı. Kişilər oyundan imtina etmələrini "vaxt məhdudiyyəti" ilə əlaqələndirirlər. Bu cümləni oxuyanda görüşün tarixini səhv bildiyimi düşündüm. Dəqiqləşdirdim, yox, elə avqustun 11-dədi. Bu gün isə iyunun 3-dü. Deməli, görüşə 2 aydan da artıq vaxt qalıb. 2 aya 1 oyuna hazırlaşmaq çoxmu çətindir, hörmətli AFFA rəsmiləri? Təbbi ki, yoxxx.
Anlamadığım başqa bir məqam. 2 aya 1 superkubok oyununa hazırlaşa bilməyənlər Avropa çempionatını necə təşkil edəcəklər? Türkiyə Superkubokuna 2 ay qalmış "vaxt məhdudiyyəti"ni bəhanə gətirənlərin qitə birinciliyinə iddia etmələri ABSURDdu.
UEFA AFFA-nın saytındakı izahatı oxusa, bizimkilərin Avropa çempionatı keçirmək istəyinə "gedin, işinizlə məşğul olun" cavabını verər.
Şəxsi fikrimdir ki, bizimkilərin Avropa çempionatına iddia etməsi də yalnışdır. Çünki indiyə kimi bircə dəfə də olsun, nüfuzlu 1 oyuna ev sahibliyi etməyən şəhərə (və ya ölkəyə) hansısa mötəbər turnirin ev sahibliyinin həvalə olunmasını görmüsüz? Şəxsən, mən görməmişəm. Avropa çempionatını keçirmək istəyən federasiya (ölkə və ya şəhər) ilk növbədə heç olmasa Çempionlar Liqasının da olmasa, Avroliqanın final matçına ev sahibliyi etməlidir. Bu, mərhələ-mərhələ olan işdir. Elə bil ki, İngiltərənin üçüncü liqasında oynayan komanda birdən-birə Premyer Liqada çıxış etməyə icazə istəyir. Buna imkan verərlər? Təbii ki, bu, qeyri-mümkündür. İndi bizimkilər də Avroliqanın, Çempionlar Liqasının finalını qəbul etməmiş istəyirlər ki, Bakıda Avropa çempionatı keçirilsin. Bu, qeyri-realdı cənablar. Özünüzü UEFA-dakılara güldürməyin...
Elman MƏHƏRRƏMOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
-
13:47
"Şəfa"da yeni müqavilə
-
13:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
-
00:57
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
-
21:56
“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
-
17:54
Fransa klubunda 33 yaşlı baş məşqçi
-
17:42
Sergey Yuranın yeni iş yeri müəyyənləşdi
-
17:23
“Real” italiyalı futbolçu ilə danışıqlara başladı
-
16:35
“Roma”nın yarımmüdafiəçisi “Arsenal”ın hədəfində
-
16:17
"Gəncə" serb legionerlə gücləndi
-
16:00
Azərbaycan kanoeçisi Avropa çempionu olub
-
15:41
“Qəbələ”nin yetirməsi “Şahdağ Qusar”da
-
15:28
“Karvan-Yevlax” daha bir legionerlə vidalaşdı
-
14:52
“O, “Real”a heç 500 milyona avroya da getməyəcək”
-
14:16
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
-
13:34
DÇ-2026-da faciə: alman azarkeş vəfat etdi
-
13:09
Şahin Diniyev: “Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”
-
12:43
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq
-
12:15
“Şəfa”dan növbəti transfer
-
11:50
Bu “lənət” Argentinanın dünya çempionluğuna imkan verməyəcək
-
11:27
Cənubi Koreya millisi “ənənə”ni davam etdirdi
-
10:31
Oblak karyerasını İtaliyada davam etdirə bilər
-
09:48
Cənubi Koreya – Çexiya VİDEO
-
08:12
Cənubi Koreya - Çexiya matçının ən yaxşısı o seçildi
-
07:56
DÇ-2026: Cənubi Koreya millisindən əzmkar qələbə
-
01:24
Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu
-
01:03
DÇ-2026 start götürdü: 2 qol, 3 qırmızı vərəqə, Meksikanın qələbəsi
-
00:19
DÇ-2026: İlk qırmızı vərəqə göstərildi
-
23:58
Klublara lisenziyalar təqdim olunub
-
23:42
CAR millisinin baş məşqçisi dünya çempionatlarının tarixinə necə düşdü?
-
23:27
DÇ-2026-nın açılışı FOTOLENT
-
23:15
DÇ-2026-nın ilk qolu vuruldu
-
23:04
Meksika millisinin qapıçısı tarixə düşdü
-
21:23
“Sumqayıt”ın müdafiəçisi beynəlxalq turnirin qalibi oldu
-
20:00
“Lill”in vingeri Bakı klubunda
-
19:37
Qurban Qurbanovla görüşmək arzusunda olan azarkeşin istəyi reallaşdı
-
19:16
Amin Seydiyev “Zirə”yə keçdi
13.06.2026
12.06.2026
11.06.2026























