28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bir həftədən sonra deməyəcəklər ki, “İnter” yaxşı oynayıb uduzdu”

“AVROKUBOKLARA VƏSİQƏ QAZANSAQ, YƏQİN Kİ BİZƏ GÜZƏŞT OLUNAR”

Bakı “İnter”in prezidenti Rəşad Qasımov Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız üçüncü dövrənin ilk oyununda “Zirə”yə 1:2 hesabı ilə məğlub oldu. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Təbii ki, komandamızın məğlub olacağını gözləmirdik. Bu gün yaxşı oynadıq. Qol vurmaq üçün xeyli şanslarımız oldu. Təssüflər olsun ki, uduzduq. Bunda bəxt amilinin də rolu oldu. Əvvəlki oyunlarda heç bu qədər qol şansımız olmamışdı. Oyundan razı qaldım. Yəqin ki, növbəti görüşlərdə daha yaxşı çıxış edəcəyik.

- Bu həm də sizin “İnter”in prezidenti kimi ilk rəsmi oyununuz idi...

- Mən bu komandaya çoxdan bağlıyam. “İnter” in oyunlarını həmişə izləmişəm. Komanda gözəl oyun sərgilədi. Amma tarixdə nəticə qalır. Məğlubiyyət həmişə məğlubiyyətdi. Bu yenilgi bizi turnir cədvəli baxımından da geri saldı. Hazırda üçüncü yerə pilləyə düşdük, “Zirə” də bizdən önə keçdi. Düşünürəm ki, növbəti görüşlərdə itirilən xalları bərpa edəcəyik.

- Yenilgini sırf bəxtsizliklə əlaqələndirirsiz?

- Özüm də futbol oynamışam. Bilirəm ki, məğlubiyyət məğlubiyyətdi. Nəticə qazanmaq lazımdı. Bu gün isə biz uduzduq. Yaxşı oynamağımız ciddi önəm kəsb etmir. Bir həftədən sonra heç kim deməyəcək ki, “İnter” yaxşı oynayıb uduzdu.

- Kamran  Ağayev cəzası səbəbindən hələ qarşıdakı 2 turda da “İnter”ə kömək etməyəcək. Bununla bağlı hər hansı addım atmaq fikriniz var?

- Biz Kamranla bağlı PFL-ə müraciət etmişik. Yəqin ki, bir neçə günə onların cavabını biləcəyik.

- “Zirə”yə qarşı oyunda yeni transferi bəyəndiniz?

- Bu gün göründü ki, Sezar Meza Kollinin səviyyəsi yüksəkdi. Ağıllı, maraqlı futbol göstərdi. Vüqar Nadirovun isə komandaya uyğunlaşması üçün vaxt lazımdı.

- FIFA-dan “İnter”ə hər hansı cəza gələcəyi gözlənilir. Bununla bağlı hər hansı yenilik var?

- Bu gün ödəniş etmək üçün son gün idi. Lakin klubla bağlı ali futbol qurumunun qərarını açıqlaması bir qədər vaxt aparacaq. FIFA-ya, UEFA-ya, AFFA-ya müraciət etmişik. Görək, nəticəsi necə olacaq.

- AFFA bu məsələdə sizə hər hansı köməklik göstərəcək?

- AFFA bizə kömək etməlidi və yaxud kömək edəcəklərinə inanırıq.

- “İnter” avrokuboklara iddiası hələ də qalıb?

- İddia həmişı var. Amma imkan olmayandan sonra neyləyə bilərik?

- Demişdiz ki, əsas məqsəd hazırda komandanın yaşamasıdır.

- Bəli, əsas məqsəd budur. Əvvəlcə avrokuboklara vəsiqə qazanmalıyıq. Vəsiqə qazansaq, yəqin ki bizə güzəşt olunar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31