12 Mart 2026, Cümə axşamı
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları
İran DÇ-2026-da iştirak etməyəcək

Ölkə futbolu

Vaqif Cavadov: “Neftçi”dən qorxumuz yox idi”

"Neftçi”yə qarşı pis oynamadıq. Meydanda əlimizdən gələni edirdik. Lakin istəyimizə çatmadıq və xalsız qaldıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın hücumçusu Vaqif Cavadov deyib.

Təcrübəli futbolçu 0:1 hesablı məğlubiyyətin səbəbini belə izah edib: “Oyun ərzində müdafiədə bircə səhv etdik və "Neftçi" də bundan maksimum yararlandı. İnanıram ki, bundan sonra daha güclü çıxış edəcəyik”.

Cavadov öz oyununu şərh etmək istəməyib: “Məni tanıyırsız. Heç vaxt öz oyunum barədə danışmamışam. Komanda yoldaşlarıma göstərdikləri oyuna görə əhsən deyirəm. Daha çox işləmək lazımdı ki, qarşıdakı matçlarda eyni səhvləri təkrarlamayaq. “Neftçi”yə qarşı ilk 10 dəqiqədə yaxşı oynamadıq. İkinci hissədə də belə oldu. Fasilədən sonra səhvlər etdik. Rəqib də qolunu vurdu. “Neftçi”dən qorxumuz yox idi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31