18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Elbrus Məmmədov: “İkinci yarıya 30-40 faiz hazırıq”

“Qış fasiləsində heyətə hələlik 5 futbolçu qatmışıq. Daha 1-2 nəfərlə də danışıq aparırıq”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub klubunun çalışdırıcısı maraq dairələrində olan oyunçuların adlarını da açıqlayıb: “Vüqar Bəybalayev və Tural Qürbətovu da heyətə qatmaq istəyirik. Sadəcə, onlar hazırda “Rəvan”a məxsusdular. İnanıram ki, danışıq müsbət nəticələnər. O ki qaldı “Sumqayıt”dan ayrılan Tural Rzayevə, onun da keçidində maraqlı idik. Lakin sonra “Qarabağ”ın məşqində zədələndi, Lənkərana gəlib çıxa bilmədi”.

Dövrələrarası fasilədə keçdikləri təlim-məşq toplanışını dəyərləndirən baş məşqçi cəmi 1 yoxlama görüşündə qüvvələrini sınamalarının onlara problem yarada biləcəyini düşünür: “Komanda mövsümün ikinci yarısına 30-40 faiz hazırdı. İnanıram ki, istər fiziki, istərsə də taktiki hazırlıq oyundan-oyuna yaxşılaşacaq. Proqramı buna uyğun qurmuşuq. Doğrudu, toplanışın qısa çəkməsi bizə problem yarada bilər. Üstəlik, hava şəraiti də yaxşı deyildi. Ancaq çalışacağıq öncədən bunun qarşısını alaq”.

Məmmədov, həmçinin ilk yarı ilə müqayisədə heyətin zəiflədiyini də etiraf edib: “Komanda hazırda bütünlüklə gənclərdən qurulub. İlk iki dövrədə Rahid Əmirquliyev, Manuel Skarlatake, Sadio Tounkara kimi təcrübəli futbolçular var idi. Buna əsasən deyə bilərəm ki, heyətimiz zəifləyib. Premyer Liqa təcrübəsi olmayan gənclərlə mübarizə aparacağıq. Yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik”.

Baş məşqçi sonda yanvarın 31-də Premyer Liqanın XIX turu çərçivəsində “Rəvan”la evdə keçirəcəkləri oyun haqda fikirlərini də bildirib: “Rəvan”ın aktivindən 6 xal silindiyindən, hazırda turnir cədvəlində onları qabaqlayırıq. Bu isə hələlik bizim üçün üstünlükdü. Üstəlik, bu həftə onlarla üz-üzə gələcəyik. Doğma meydanımızda qələbə qazanıb xal fərqini 9-a yüksəltməyə çalışacağıq. Ümumiyyətlə, məqsədimiz turnir cədvəlində sonuncu pilləyə düşməmək və mümkün qədər irəliləmək olacaq”.

Qeyd edək ki, qış fasiləsində Rahid Əmirquliyev, Rasim Ramaldanov, Sadio Tounkara, Manuel Skarlatake, Elvin Mirzəyev və Kazım Kazımlı ilə yollarını ayıran “Xəzər Lənkəran” Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu, Vaquf Güləliyev və Asif Mirilini heyətə qatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30