29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Vahabzadə: “Heç bir rəqibimiz zəif komanda deyildi”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “Antalya Cup” turniri çərçivəsində Bəhreyn yığması ilə keçirilmiş oyun barədə təəssüratınız necədir?

- Komanda layiq olduğu qələbəni qazandı. Futbolçuların çıxışından razı qaldım. İki gündən bir meydana çıxmağımız yorğunluq yaratsa da, uşaqlar bunu hiss etdirmədilər. Görünür, bu cür qrafiklə oynamaq üçün hazırdırlar.

 - Yığmamızın yer aldığı qrupdakı komandaların ikisi Avropa, bir o qədəri isə Asiya təmsilçisi idi. Bu baxımdan turnirin ümumi səviyyəsini necə qiymətləndirirsiniz?

- Heç bir rəqibimiz zəif komanda deyildi. Bunu qələbə qazandığımıza görə demirəm, həqiqətən belədir. Oyunları izləyənlər də fikrimi təsdiqləyə bilərlər.

- Müxtəlif səbəblərdən U-21-in bir neçə futbolçusu toplanışa və oyunlara qatıla bilmədi. Onların yoxluğunda komanda necə təsir bağışladı?

- Həmin futbolçuların əvəzinə başqa oyunçuları toplanışa dəvət etdik. Oyunlar zamanı yeni cəlb edilənlərə özlərini göstərmələri üçün şans verdik. Etiraf edim ki, hər birinin oyunu məni qane etdi. Ümumiyyətlə, komandadan razı qaldım.

- Deməli, seçim zamanı ciddi rəqabət yaranacaq?

- Əlbəttə, yeni futbolçuların özlərini yaxşı tərəfdən göstərməsi seçim imkanımızı genişləndirəcək. Eyni zamanda, onların gəlişi komandada rəqabəti gücləndirəcək. Vacib olan bu futbolçuların daim formalarını qorumalarıdı. Ölkə çempionatının üçüncü dövrəsi başlayır. Mütəmadi olaraq oyunları izləyəcək, kimin hansı durumda olduğunu nəzarətdə saxlayacağıq.

- Hazırkı futbolçuları U-21-in ən güclü futbolçu nəsli hesab etmək olarmı?

- Hər dövrdə yaxşı mənada fərqlənən, seçilən futbolçular olub. Onlar U-21-də bir neçə oyun keçirdikdən sonra əsas milliyə dəvət edildilər və orada möhkəmlənməyi bacardılar. Ona görə qəti fikir bildirmək düzgün olmazdı.

- “Antalya Cup”da Ukrayna yığması ilə dueli “açar oyun” adlandırmaq olarmı?

- Olar. Çünki Ukrayna komandası üzərindəki əzmkar qələbədən sonra futbolçularda özünəinam artdı. Həmişə demişəm, bizim uşaqlar futbol oynamağı bacarırlar. Sadəcə, müəyyən məqamlarda fiziki hazırlıqla bağlı problemləri olur. Hazırkı məqamda bu hiss olunmadı və uğurlu nəticələr əldə etdik.

- Təbii ki, bu hazırlıq martda Rusiya yığması ilə keçiriləcək oyun üçün nəzərdə tutulub. Necə düşünürsüz, komandanı həmin oyuna hazır saymaq olarmı?

- Hələ tələsməyək, çünki 2 aya yaxın vaxtımız var. Seçmə mərhələnin oyunu zamanı seçim edəcəyik. Ola bilər, həmin vaxt hansısa futbolçu ideal formada olsun və ya zəif təsir bağışlasın. Futbolda zədədən də qaçmaq mümkün deyil. Ona görə zamanı qabaqlamayaq. Ümumi götürdükdə, komandanın bu toplanışdakı çıxışından razı qaldım.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31