19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Robert Prosineçki: “Rəqibini 4:0 hesabıyla məğlub edirsənsə...”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin müsahibəsi

- Azərbaycanın U-21 yığmasının Antalya Kubokundakı çıxışı barədə nə deyə bilərsiniz?

- Rəqibini 4:0 hesabıyla məğlub edirsənsə, ardıcıl dörd oyunda qələbə qazanırsansa, bu, şübhəsiz ki, uğurdur. Turnir komandamızın özünü yaxşı tərəfdən göstərməsinə şərait yaratdı. Bu turnirdəki uğur gənc futbolçularda əlavə inam yaradacaq. Ümid edirəm ki, bu futbolçular yaxın gələcəkdə əsas milliyə yüksələ biləcəklər. Belə turnirlər futbolçularımıza lazımdır.

- Hansı oyunu xüsusi qeyd edərdiniz?

- Dörd oyunun hər biri yığmamız üçün uğurlu alındı. Amma Ukraynaya qarşı oyun ən çətini idi. Çünki rəqib çox güclü idi. Bütövlükdə, komandamız bu turnirdə yaxşı futbol sərgilədi, gözəl qollar vurdu, topa və oyuna yaxşı nəzarət etdi. Turnirin gedişində çoxlu müsbət məqamlar gördük.

- Bu turnirin qalibi olması yığmamız üçün nə dərəcədə faydalı olacaq?

- Bu, gənc futbolçular üçün vacibdir. Komanda kuboka sahib çıxdı. Oyunçular üçün nəyəsə nail olduqlarını hiss etmək çox vacibdir. Bu, əlavə bir stimuldur. Biz məşqçilər üçün də futbolçuları iş başında görmək önəmli idi. Bu komandada potensial var.

- Əsas millinin mart toplanışında U-21-dən neçə futbolçu dəvət etməyi planlaşdırırsınız?

- Namiq Ələsgərovla Elnur Cəfərovu tanıyıram. Onlar yığma komandanın oyunçularıdır. Mart toplanışı zamanı əsas milliyə gənclərdən daha bir futbolçu dəvət edəcəyəm. Amma onun adını sonra açıqlayacağam.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30