20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Babək Alxasov: “Rusiyadan sərfəli nəticə ilə qayıdacağıq”

21 yaşadək futbolçulardan ibarət milli komandamızın məşqçisi Babək Alxasov Futbolxeber.az saytına müsahibə verib.

- Geridə qalan müddətdə U-21 millimizin Antalyadakı hazırlığını necə dəyərləndirirsiz?

- Hazırlıq prosesi yaxşı keçir. Bu günə qədər Antalyada 3 oyun keçirmişik. Sabah 4-cü matçımıza çıxacağıq. Turnirdəki rəqiblərimiz yaxşı komandalardı. Baş məşqçi Yaşar Vahabzadə Rusiya ilə oyundan öncə komandanın qarşısına müəyyən tapşırıqlar qoyub. 100 faiz də olmasa, komanda qarşıya qoyulan tapşırıqları 70 faiz yerinə yetirir.

- Çatışmayan 30 faiz nədən ibarətdir?

- Burada iştirak etməyən futbolçularımız da var. Təbii ki, bütün futbolçular komandanın düşərgəsində olsaydı, əla olardı. Müxtəlif səbəblərdən Elşən Abdullayev, Elvin Camalov, Kərəm Benke, Fəhmin Muradbəyli təlim-məşq toplanışında iştirak edə bilmirlər. Tam heyətin olmaması istər-istəməz hazırlığa təsir edir. Onlar da iştirak etsəydilər, yaxşı olardı. Düşünürəm ki, Rusiya ilə oyunda Antalyada keçdiyimiz hazırlığın faydasını görəcəyik.

- “Antalya Cup”da millimizin keçirdiyi 3 oyunu ümilikdə necə şərh edərdiniz?

- Birinci oyunda Ukrayna ilə qarşılaşdıq. Ukrayna millisi çox sürətli komandadı. Uşaqlar həqiqətən də həmin matçda əzmkarlıq göstərdilər. Fasilədən sonra daha yaxşı oynadıq. Bunun da nəticəsində yekunda ukraynalılar üzərində zəmkar qələbə qazandıq. Daha sonra Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəldik. Rəqib həvəsli, mübarizə komanda idi. Üçüncü oyun isə Albaniyaya qarşı idi. Birinci hissədə oyun çətin alındı. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. Amma fasilədən sonra uşaqlar fiziki göstəricilərə görə rəqibi üstələdilər. Bunun da sayəsində böyükhesablı qələbə qazandıq. Komandamızda fiziki durmunun yaxşı olması özünü göstərdi. Bu isə o deməkdir ki, oyunçular bizə qoşulmamışdan öncə klublarında yaxşı işləyiblər, fizki keyfiyyətlərinin artırıblar. Turnirdə iki gündən bir meydana çıxsaq da, uşaqlar hər matçda əvvəlki görüşə nisbətən daha üstün oynayırlar. Qolların sayı da oyundan oyuna artır. Belə qələbələr komandada özünəinamın artmasına gətirib çıxarır. Digər müsbət məqam kimi müdafiədə oynayan futbolçuların da qol vurmasını qeyd edərdim. Bu oyunlarda sol cinah müdafiəçisi, dayaq yarımmüdafiəçisi qol vurdu. Çünki komandamız hücuma daha çox futbolçuyla çıxır. Bu, taktiki gedişlərlə bağlıdı. Yaşar müəllim daha böyük qüvvəylə irəli çıxmağı uşaqlara tapşırıb. Baş məşqçi heyətdə olan futbolçulara baxıb, oyun qurmağa çalışır. Eləcə də cinah futbolçularının sürətindən istifadə edərək. Solda Azər Salahlı ilə Namiq Ələsgərov, sağda isə Məqsəd Isyave və Elnur Cəfərov inamlı oyunu ilə seçilir.

- Komandamızdan turnirdə bu cür inamlı çıxış gözləyirdiniz? Nəzərə almaq lazımdır ki, rəqiblər də güclüdür.

- Mən həmişə komandaya inanmışam. Ukraynayla oyundan sonra o inamı gördük. Ümumiyyətlə, Ukraynayla oyunda dönüş etmək bacarığı növbəti matçlarda komandaya müsbət təsir göstərdi. Ukrayna həqiqətən də çox sürətli komandadır.

- Sabah Bəhreynə qarşı baş tutacaq oyunda qələbə seriyasını davam etdirmək mümkün olacaq?

- Bəhreyn komandasının Albaniya ilə oyununa baxmışam. Qarşılaşma küləkli havada keçirdi və oyun keyfiyyəti yox idi. Albaniya 1:0 hesablı qələbə qazansa da, Bəhreyn millisi mübariz komanda təsiri bağışladı, meydanda vuruşurdular. Sabahkı oyunda da qələbə gözləyirəm. Ümumiyyətlə turniri qələbə ilə başa vuracağımızı, Bakıya kubokla qayıdacağımıza inanıram.

- Antalya toplanışında heyətdə yer alan yeni milli üzvlərinin çıxışı barədə nə söyləyə bilərsiz?

- Onlar bizi yaxşı mənada təəccübləndirdilər. Kamal Mirzəyevi xüsusi qeyd etmək istəyirəm. Oyun nizam-intizamına riayət edir, həm müdafiədə, həm də oyun quruculuğunda yaxşı çıxış edir. Ruslan Nəsirlini hücumda yoxladıq. O, hücumçu olsa da, son zamanlar klubda daha çox cinahda çıxış edir. Ümumi ansamblı korlamadı. Ərəblərlə oyunda penalti qazandı. Oyun üslübumuza ziyan gətirmədi.

- Bütün bu hazırlıqlar martda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rostovda Rusiya millisinə qarşı keçiriləcək matça hesablanıb. Həmin qarşılaşmada da yığmamızdan uğurlu nəticə gözləmək olar?

- Qələbə qazananda futbolçularda inam olur. Uduzanda inam qazanmaq mümkün deyil. Qalib gələndə düşünürlər ki, nəyə görə Rusiyadan da müsbət nəticə ilə dönməyək? Bilirəm ki, ruslar da bizə qarşı hirsli olacaqlar. Lakin mən futbolçularımıza inanıram. Rusiyadan sərfəli nəticə ilə qayıdacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30