18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Fiziki cəhətdən komanda yaxşıdır”

“Çox şükür, hər şey qaydasındadır. Məşqlərdə plan üzrə işləyir, verilən tapşırıqları yerinə yetirməyə çalışırıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri kapazpfc.az saytına Şəhriyar Rəhimov deyib.

“Kəpəz”in müdafiəçisi komandanın hazırlıq prosesi haqda daha sonra bunları deyib: “Bildiyiniz kimi, təlim-məşq toplanışının ilk mərhələsində Yevlaxda fiziki yöndə hazırlıq keçdik. O dövrdə çox yorğunluq vardı. Yavaş-yavaş özümüzə gəlirik. Bakıda isə əsasən yoxlama oyunları keçirib, toplu məşqlərə üstünlük verdik. Məncə, indi keçdiyimiz məşqlərlə çatışmayan cəhətlərimizin üzərində işləməklə  çempionata tam hazır vəziyyətə gələcəyik”.

Premyer Liqanın ikinci hissəsinə hazırlığa yanvarın 11-də start verən “Kəpəz” ayın 18-dən Bakıda toplanış keçməyə başlayıb: “Bizi uzun marafonun ikinci hissəsi gözləyir. Əvvəlcədən nəsə demək düzgün olmaz. Amma söyləməliyəm ki, Yevlaxdakı məşqlərin bizə çox köməyi olacaq. Fiziki cəhətdən komanda yaxşıdır. Bakıda isə oyun sistemini təkmilləşdirməyə, daha da yaxşılaşdırmağa çalışırıq. Ümid edirəm ki, komandamız baxımlı futbol sərgiləyib, inamla mübarizə aparacaq və bunun sayəsində uğur qazanacaq”.          

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30