25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tuyqun Nadirov: “600 min borcumuz var, alacağımız isə milyon yarımdı”

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Futbolxeber.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”ın son durumu necədir?

- Komanda məşqlərini davam etdirir. Çempionatda üçüncü dövrənin startına az vaxt qalıb. Vəziyyət normaldı.

- Bəs maddi baxımdan?

- Maddi çətinliklər bu dəqiqə əksər klublarda mövcuddur. Bəli, “Xəzər Lənkəran”da maaşda gecikmələr var. Biz bunu danmırıq. Klub rəhbərliyi vəziyyətində düzəlməsi üçün əlindən gələni edir. Maaşlarla bağlı gecikmələr olsa da, elə ay olmur ki, futbolçulara pul ödənilməsin. Aydın məsələdir ki, onların da aylıq xərcləri var və həmin məsələlərin həlli üçün mütləq pul ödənilməlidi.

- FİFA-dan kluba hər hansı cəza gəlib?

- Hələ heç bir cərimə daxil olmaylb. Biz də üzərimizdə düşəni edirik. Dekabrda, yanvarda məsələyə baxan qurumlara məktub göndərmişik. Bizdən şikayət edən futbolçularla, onlarım menecerləri ilə danışıqlar aparırıq

- Mübariz Mənsimovun bütün baş verənlərə reaksiyası necədi?

- “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovdu. Kluba sponsorluq edən “Palmali” şirkətinin işləri yaxşı gedir. Şirkətin Bakıda da müəyyən təşkilatları var və onlar da fəaliyyətlərini davam etdirirlər. Problem ondadır ki, “Palmali”nin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinə bəzi təşkilatların borcu var. Həmin təşkilatlar müəyyən məhsulları alıblar. Amma 6-7 aydır ki, pulunu ödənimirlər. “Xəzər Lənkəran”ın problemləri də məhz bundan qaynaqlanır. Bu gün bizim FİFA-ya 600 min borcumuz varsa, alacağımız milyon yarımdı. Həmin pul ödəniləndə çətinliklər də aradan qalxacaq. Milyon yarım borc ödənilsə, FİFA-ya olan borcumuzu da bağlayarıq, mövsümün sonuna kimi klubun da normal fəaliyyəti davam edər. Hazırda əlimizdən gələni edirik ki, “Xəzər Lənkəran” yaşasın.

- SOCAR-ın da “Palmali”yə borcunun olduğu deyilir...

- Bununla bağlı heç nə deyə bilmərəm. Çünki bu məsələ SOCAR və “Palmali” arasındadır. Məndə bu haqda hər hansı məlumat yoxdu. Bəlkə elə bizim SOCAR-a borcumuz var? Əsas məsələ borclu olan şirkətlərdi. Elə marketlər şəbəkəsi var ki, “Palsüd”ə 300 min borcu var. Onları da başa düşmək olar. İqtisadi duruma görə ödəmirlər. Hər şey bir-brinə bağlıdı. Onu da deyim ki, “Palsüd” devalvasiyadan sonra qiymətləri artırmayan yeganə firmadı.

- “Xəzər Lənkəran”ın “Nar mobile” ilə olan əməkdaşlığı davam edir?

- Bəli, davam edir. Ordan aldığımzı pullardan futbolçulara maaş ödəyirik, eləcə də stadionun komunal xərclərini qarşılayırıq.

- Kluban uzaqlaşdırılan futbolçuların geri qaytarılması mümkündür?

- Həmin oyunçular klubun öz yetirmələridir. Baş verənlərə görə təəssüf hissi keçirirəm. Təəssüflə qeyd edirəm ki, bütün bunlar baş verməməliydi. Həyat təcrübələrinin azlığı buna səbəb oldu. Özüm də onlardan xahiş etmişdim ki, bir qədər səbrli olsunlar. Rəhbərliyə, məşqçiyə qarşı çıxmaq nə komandaya nə futbolçulara başucalığı gətirmir. Klubdaxili iclas oldu və ordada da qərarlar qəbul olundu. Bəzi oyunçularla müqavilə pozuldu, bəziləri də transferə çıxarıldı. Transferə çıxarılan futbolçulardan biri ilə bağlı artıq təklif almışıq.

- “Xəzər Lənkəran”ln həmin futbolçuya görə 100 min manat istəməsi doğru xəbərdi?

- Yox, bu qiymət real deyil. Biz futbolçunu yetişdirəndə onlara vəsait xərcləmişik. Həmin xəcrlərin nədən ibarət olduğunu özləri də çox gözəl bilirlər. Bizim transfer haqqı olaraq qoyduğumuz məbləğ isə futbolçuların yetişməsi üçün xərclənən məbləğdən daha azdı.

- PFL-ə olan borcla bağlı hər hansı problem yaşanmayacaq ki?

- Yox. Çünki AFFA və PFL-dən alacağımız var. Hətta mən deyərdim ki, bizim alacağımız daha çoxdu.

- “Xəzər Lənkəran”ın FİFA tərəfindən cəzalamaraq 6 xalının silinməsi nə dərəcədə realdı?

- Bəzi jurnalistlər bu məsələni araşdırırlar. Biz də bu halları dəstəkləyireik. Lakin əminliklə 6 xalımızın silinəcəyini demək düzgün deyil. Vaxtında pul ödənilməyəndə FİFA yeni iş açır. Burada isə cəza növü olaraq bir neçə variant var: pul cəzası, xal silinə bilər, komanda aşağı liqaya göndərilə bilər və s. Bəlkə elə FİFA pul cərimələsi barədə qərar qəbul edəcək? Onu da deyim ki, FİFA Azərbaycanın 5-6 klubunu cəzalandırıb. Onlardan ən az borcu olan elə “Xəzər Lənkəran”dı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30