28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Quliyev: “Texniki qüsurlarımızın üzərində işləməliyik”

“Neftçi” ilə oyun yoxlama matçı olduğundan çempionat əhəmiyyətli deyildi. Əsas Premyer Liqa oyunlarıdır. Bununla belə, toplanışda olduğumuzdan belə görüşləri keçirməyin əhəmiyyəti var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Tərlan Quliyev deyib.

Kapazpfc.az saytına açıqlama verən müdafiəçi Bakıda “Neftçi” ilə keçirilən yoxlama oyunundan danışıb: “Gərgin oyun oldu. Meydanda mübarizə vardı. Hər iki komanda meydana optimal heyətlə çıxmamışdı. Buna baxmayaraq, maraqlı oyunun şahidi olduq. Bu sınaq matçının bizə faydası çox oldu”.

Premyer Liqa oyunları çərçivəsində “Kəpəz” və “Neftçi” klubları iki dəfə üz-üzə gəlib və iki qarşılaşma heç-heçə ilə nəticələnib. Birinci dövrədə Bakıda reallaşan matçdan qolsuz bərabərliklə ayrılan tərəflərin Gəncədəki duelində komandalar hərəyə bir qol vurub: “Meydanda çempionat matçında olduğu kimi aqressiv oynamadıq. Çünki bu adi yoxlama matçı idi. Görüşə də rahat çıxmışdıq. Əvəzində səhvlərimizi gördük. Texniki qüsurlarımızın üzərində işləməliyik”.

Bakı klubu ilə görüş qış hazırlığı dövründə “Kəpəz”in üçüncü yoxlama oyunu olub. “Neftçi”dən öncə Yevlaxdakı təlim-məşq toplanışında əvəzedicilərlə oynayan (6:0) “sarı-göylər” daha sonra Bakıda “Qaradağ Lökbatan”a (1:2) uduzub. Bu gün isə Gəncə klubu aşağı divizionun digər təmsilçisi “Ağsu” ilə qarşılaşacaq: “Neftçi” yoxlama oyunlarında rəqiblərimiz arasında ən güclüsüdür. Bu komandanın gücünü hamı yaxşı bilir. Düzdür, digər matçlar da ağır oldu. Hər halda əvvəlki iki görüşü fiziki hazırlıqdan dolayı yorğunluq fonunda keçirmişdik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31