20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Azərbaycan millisindən getmək vaxtım gəlmişdi"

"Azərbaycanın U-19 yığmasını keçmiş postsovet ölkələri arasında Rusiyadan sonra ikinci etdikdən sonra oradan ayrıldım. Azərbaycanda yaxşı vaxt keçirdim. Ancaq neftin qiymətinin aşağı düşməsi qorxusu yarandı. Hansı ki, maaşımı məhz neftdən gələn gəlir hesabına alırdım". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Nikolay Adam Hindistan mətbuatına müsahibəsində deyib.

Hazırda Hindistanın U-17 yığmasını çalışdıran Adam ölkəmizdəki fəaliyyətindən və milli komandamızdan ayrılmasının səbəbləri haqda danışıb: "Həyat yoldaşım Hindistanı çox sevir. Biz Şri-Lankada istirahətdə olarkən Hindistandan təklif aldım. Bu zaman həyat yoldaşımla bir-birimizə baxaraq "niyə də olmasın?" dedik. Bəli, Almaniyanı çox sevirəm, amma orada qaldığım 4 həftə ərzində düşündüm ki, artıq yeni bir ölkəyə getmək vaxtıdır.

Azərbaycandan öncə 3 il Afrikada çalışmışam. Məni çox az şey şoka sala bilər. Məsələyə belə yanaşardım: Azərbaycanın 9 milyon əhalisi var. Hindistanın əhalisi isə 1,3 milyarda yaxındır. Ola bilsin ki, bura gəlməklə riskə yol verdim. Çünki Hindistan futbolunda problem çoxdur. Ancaq bu, özümü göstərmək üçün böyük şans idi.

Kəşfiyyat aparmaq yığmada çalışan məşqçi üçün önəmli işdir. Əgər ölkədə aşağı yaş qruplar üzrə liqalar keçirilsə, bu, məşqçinin işini asanlaşdırar. Hindistanda əsas problem də belə liqaların olmamasıdır. Skautluq işi həm çox vaxt, həm də enerji alır. Azərbaycanda küçədən gözəl futbolçular tapıb üzə çıxarmışdıq. Ancaq hələ ki, Hindistanda belə tapıntıya nail olmamışıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30