25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ruslan Əmircanov: “Bu hərəkəti heç kim etməzdi”

“İnter”in müdafiəçisi Ruslan Əmircanov Futbolxeber.az saytına müsahibə verib.

- “İnter” Antalyadakı dördüncü yoxlama oyununda “Atırau” ilə qolsuz bərabərliyə qaldı. Qarşılaşma haqda nə deyə bilərsən?

- Rəqib zəif deyildi. Hələ oyundan əvvəl düşünmürdük ki, rahat qələbə qazanacağıq. Qazaxıstan təmsilçisi yaxşı komandadır. Düzdür, qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etsək də, sonda meydandan heç-heçə ilə ayrıldıq.

- Antalyada keçirdiyiniz 4 yoxlama oyununun heç birində qələbə qazana bilmədiz. Bunun səbəbini nədə görürsən?

-  Yoxlama oyunlarında nəticə önəmli deyil. Məşqçi həm də yeni oyunçuları sınaqdan keçiri. Həqiqətən də dördüncü yoxlama oyununda da komandamız qələbə qazana bilmədi. Yoxlama oyunlarında belə hallar olur. Bizə lazımdı ki, burada keçirdiyimiz yoxlama görüşlərində buraxdığımız səhvləri çempionatda təkrarlamayaq. Səhvlər üzərində işləməliyik.

- Xeyli müddət zədəyə görə yaşıl meydanlardan kənarda qaldın. Hazırda özünü necə hiss edirsən?

- Özümü yaxşı hiss edirəm. Zədəli olsam da, məni komandaya götürdülər. Bu hərəkəti heç kim etməzdi. Çünki hamı qış fasiləsində hazır oyunçu axtarır. Mən də əlimdən gələni edirəm ki, məşqçinin mənə olan etimadı doğruldum.

- Artıq tam formaya düşmüsən?

- Formamı 80-90 faiz yığmışam. Əsas odur ki, ağrılarım yoxdu. 20 gündür burdayıq, gündə 2 dəfə məşq edirik. Hər hansı bir narahatçılığım yoxdu. Bakıdakı məşqlərdən sonra tam hazır olacağam.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30