19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Dani Kintana: “Ardıcıl 3-cü dəfə çempion olmaq istəyirik”

“Bu məğlubiyyətə görə narahatlığa ehtiyac yoxdur. Sadəcə, bir sınaq matçı idi. Oyuna hazır idik. Qələbə qazanmaq istəsək də, alınmadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana “Yagelloniya” ilə oyundan sonra deyib.

İspaniyalı yarımmüdafiəçi Polşa klubunun rəsmi saytına açıqlamasında sabiq komandası ilə oyunu belə şərh edib: “Biz topla oynamağı sevirik. Rəqibimiz isə qol vurmağa, qalib gəlməyə çalışırdı ki, bunu da bacardılar. Oyuna hücumçusuz çıxsaq da, xeyli qol vəziyyəti yarada bildik”.

D.Kintana növbəti dəfə Azərbaycan çempionu olmaq istədiklərini qeyd edib: “Bizim üçün yoxlama oyununun nəticəsi yox, yaxşı hazırlıq keçməyimiz vacibdir. Çempionatın ikinci yarısına hazır olmalıyıq. Premyer Liqada liderliyimizi qorumalıyıq. Ardıcıl 3-cü dəfə ölkə çempionu olmaq istəyirik”.

Mənbə: qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30