24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Hər bir futbolçudan razı qaldım”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ötən gün Avstriyanın "Admira Vakker" (3:4) və Polşanın "Yagelloniya" (0:1) klublarına qarşı keçirdikləri yoxlama oyunlarını şərh edib. Futbolxeber.az-ın məlumatına görə, azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Mən bu oyunlardan istədiyimi ala bildim. Fiziki və psixoloji cəhətdən yorğun olan futbolçunu belə oyunlara motivasiya etmək çətin olur. Uzun müddət ailədən kənarda qalmaq çətin olur. Məğlub olmağımıza baxmayaraq, oyunçulardan razı qaldım. Bizim üçün toplanışın son günündə hər bir futbolçunun 90 dəqiqə meydanda olması vacib idi. Hər bir futbolçudan razı qaldım. Bütövlükdə, yaxşı toplanış keçdik. Premyer Liqanın üçüncü dövrəsinin startına hələ vaxt var. Maksimum yaxşı forma toplamağa çalışacağıq. Əlbəttə, hələ çatışmazlıqlar var. Bəzi matçlarda oyun sxemimizdə dəyişikliklər etməyə çalışıdıq. Bəzisi alındı, bəzisi yox. Bunun üzərində yenə çalışacağıq. Toplanışı zədəsiz başa vurmaq da önəmli idi. Ümid edirəm ki, Rahid Əmirquliyevin də zədəsi ciddi deyil".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30