29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Qəbələ”yə qarşı fərqli “Kəpəz” görəcəksiz”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.

- “Kəpəz”in qış fasiləsindəki hazırlığını necə dəyərləndirirsiz?

- Yanvarın 17-də Yevlaxda hazırlığımızı başa vurub, paytaxta yola düşdük. Hələlik yorğunluq futbolçulardan çıxmayıb. 10 gündən sonra komanda yaxşı duruma gələcək. Futbolçulara da az-az oynamağa imkan yaradırıq. Bu gün yoxlama oyununda “Neftçi”yə uduzsaq da, belə oyunlarda nəticə önəmli deyil. Həm də 2 aparıcı futbolçumuz - Budaq Nəsirov və Namiq Ələsgərov hazırda U-21in düşərgəsindədir.

- Baxışda olan və “Neftçi” ilə oyunda komandanızın yeganə qolunu vuran Vladimir Korobka haqda yekun qərar qəbul etmisiz?

- Bu oyunda onun haqda yekun qərar qəbul edə bilmədim. Hələ ki, potensialını tam aça bilməyib. Elə vəziyyətdir ki, legioner seçimində səhv qərar verə bilmərik. Büdcəmiz məhduddu. Həm də nəzərə almaq lazımdır ki, legioner maaşı dollarla alır. Ona görə PFL-ə də pul ödənilməlidi. Yanvarın 26-da “Ağsu” ilə oyunda Korobka haqda son qərarı verəcəyik. Tələsmək istəmirəm.

- Deməli, manatın devalvasiyası “Kəpəz”dən də yan keçməyib...

- Həqiqət budur ki, maliyyə səbəbindən planlardan kənara çıxdıq. Devalvasiyanın bizə təsir etmədiyini desəm, yalan olar. Komandanın maya qədər eyni tempdə getməsinə çalışacağıq. 3-4 oyunçu getsə də, gedənlərin yerini doldurmağa cəhd edirik.  Ehtiyat oyunçular skamyamız qısadır. Buna görə çox əziyyət çəkəcəyik. Hər zədəli oyunçu yeni problemdir.

- Bu heyətlə “Kəpəz” Avroliqaya vəsiqə qazana biləcək?

- Mövsümün ilk yarısındakı çıxışımıza əsasən Avroliqada oynamağa layiqik. Bundan sonraa necə olacağını zaman göstərəcək. Dediyim kimi, Yevlaxda yaxşı hazırlıq keçdik. Həmin təlim-məşq toplanışının komandamıza faydası çox olacaq. Həm müdafiədə daha etibarlı oynayacağıq, həm də fiziki baxımdan komanda daha yaxşı durumda olacaq.  

- Bir müddətdir komandadan ayrı düşən Dario Federikonun son durumu nə yerdədi?

- Hazırda o bərpa dörvü keçir. Martın ortalarında bizə qoşulacaq. Martın sonlarında meydana çıxsa, əla olar.

- Namiq Ələsgərovun gəlişindən sonra “Kəpəz”in cinahlardakı problem həll olunacaq?

- Namiq Ələsgərovu sağ cinahda oynadacağıq. O, bizə çox kömək edəcək. Solda kimin oynayacağına isə baxacağıq. Bəxtiyar Soltanovdan da, komandada qalsa Vladimir Korobkadan faydalana bilərik. Həmin mövqedə gənc futbolçu Əli Səmədov da var. Onu da qeyd edim ki, əvəzedicilərdən başqa bir oyunçunu da əsas heyətə cəlb edəcəyik.

- Namiq Ələsgərov texnikalı futbolçudu. Gəncə stadionunun qazonu isə ideal vəziyyətdə deyil. Meydanın durumu onun çıxışına mənfi təsir göstərə bilər?

- Bəli, bu məqam onun çıxışına problem yaradacaq. Deyərdim ki, mövsümün ilk yarısında “Inter” və “Rəvan”la oyunlarda məhz qazonun durumuna görə xal itkiləri ilə üzləşdik. Qazonla bağlı da iş gedir, meydançaya əl gəzdirilir. Ümid edirəm ki, “Qəbələ” ilə ilk oyunda meydan heç olmasa düz olacaq.

- Bəxtiyar Soltanovu hücumçu kimi sınamağınız mümkündür?

- Bu haqda düşünürəm. Bəxtiyar hücumda komandaya daha çox fayda verə bilər. Çünki hazırda cinahda oynayanda sürəti çatışmır.

- Yanvarın 30-da “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin matça qədər “Kəpəz” tam hazır durumda olacaq?

- Komandaya yükü elə vermişik ki, 10 gün futbolçular formada olmayacaqlar. Yığılan güc ancaq 10 gündən sonra faydasını verəcək. Bu da ayın 27, 28-nə düşür. “Qəbələ”yə qarşı fərqli “Kəpəz” görəcəksiz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31